Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDollar major valyutalar qarşısında bahalaşmağa davam edir, bazar iştirakçıları isə bugün Avropa Mərkəzi Bankının faiz qərarını böyük maraqla gözləyirlər. EUR/USD cütlüyü 1.0853 səviyyəsinə qədər ucuzlaşıb və avqustun əvvəlindən bugünə minimal həddini yeniləyib.
GBP/USD cütlüyü də son iki ayın minimum səviyyəsini yenilədi. Hal-hazırda məzənnə 1.2985 həddinəd ticarət olunur. Dolların bahalaşması fonunda qızıl da bahalaşmağa davam edir. Belə ki, dəyərli metal 2680$ səsviyyəsinin üzərində möhkəmlənməyə çalışır. 
Dünən Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) sentyabr ayında ölkədə istehlak qiymətlərinin illik müqayisədə 1.7% artdığını bildirdi. Analitiklərin proqnozu isə istehlak qiymətlərinin 1.9% artacağını nəzərdə tuturdu. Qeyd etmək lazımdır ki, Britaniyada inflyasiya 2021-ci ilin aprel ayından bəri ən aşağı səviyyəyə endi. Aylıq ifadədə istehlak qiymətləri avqust ayında 0.3% artdıqdan sonra, sentyabr ayında dəyişməyiblər.
"Bitcoin"-ın (BTC) qiyməti 68000$ həddini keçdi. 16 oktyabr tarixində token hətta 68200 dollara qədər yüksəldi, lakin, bir qədər ucuzlaşdı və hal-hazırda 67450$ civarında ticarət olunur. Analitiklərin fikrincə, "Bitcoin"-ın bahalaşmasının əsas amillərindən biri Amerika prezidentliyinə namizədlərin kriptovalyuta sektoruna dəstək olunması ilə bağlı seçki vədləridir.
Cümə axşamı günü Yaponiyanın Maliyyə Nazirliyi sentyabr ayında ölkədə Ticarət Saldosunun kəsirinin 703.2 milyard yendən 294 milyard yenə qədər azaldığını açıqladı. Eləcə də, Yaponiyanın İxrac Həcmi illik ifadədə 1.7% azalıb. Avstralıyada isə işsizlik səviyyəsi avqust ayında olduğu kimi, sentyabr ayında da 4.1% təşkil edib. 
Bugün Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq. Analitiklərin fikrincə, sentyabr ayında Avrozonada inflyasiya illik ifadədə 1.8% olub, aylıq ifadədə isə, əksinə, qiymətlər 0.1% ucuzlaşıblar. Həmçinin, təşkilatın Tİcarət Saldosu açıqlanacaq. ABŞ-da isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri dərc olunacaq. 
İnvestorların diqqət mərkəzində olacaq əsas xəbər isə Avropa Mərkəzi Bankının (AMB) faiz qərarıdır. Bakı vaxtı ilə saat 16:15 tənzimləyici qurum toplantı protokollarını dərc edəcək. Ekspertlərin proqnozlarına əsasən, uçot dərəcəsi 3.65% səviyyəsindən 3.40% səviyyəsinə qədər endiriləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 17 oktyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin