Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞCümə axşamı günü Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcəsini 3.40%-ə qədər endirməsi fonunda avro dollar və funt-sterlinq qarşısında ucuzlaşdı. EUR/USD valyuta cütlüyü tənzimləyici qurumun toplantı protokolları dərc olunduqdan sonra 1.0810 həddinə qədər eniş etsə də, daha sonra bir qədər bahalaşıb və hal-hazırda 1.0841 səviyyəsində ticarət olunur. EUR/GBP cütlüyü isə ötən gün ərzində 0.8364 səviyyəsindən 0.8318 səviyyəsinə qədər ucuzlaşıb.
Qızılın qiymətləri dünən rekord həddə çatdı. Buna səbəb olan əsas amillər kimi ABŞ-da prezident seçkiləri və Yaxın Şərqdəki müharibə ilə bağlı qeyri-müəyyənlik fonunda investorların təhlükəsiz maliyyə aktivləri axtarmasıdır. Eyni zamanda, mərkəzi bankların monetar siyasətini yumşaltması qiymətli metalın dəyərinin artmasına dəstək olmağa davam edir.
Ötən gün AMB keçirdiyi toplantıdan sonra faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3.65%-dən 3.40%-ə qədər endirdi. Eləcə də, "Eurostat" statistika idarəsinin verdiyi məlumatlara əsasən, sentyabr ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 1.7% artıb. Qeyd olunur ki, inflyasiya avqust aynda qeydə alınmış 2.2% səviyyəsindən azalaraq 2021-ci ilin aprelindən bəri ən aşağı həddə enib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) isə ardıcıl yeddinci iclasdan sonra əsas faiz dərəcəsini dəyişməyib. Uçot faiz dərəcəsi illik 50% səviyyəsində qalıb və analitiklərin proqnozlarını təkrarlayıb.
ABŞ-da 2024-cü ilin sentyabr ayında Pərakəndə Satış Dövriyyəsinin Həcmi avqust ayı ilə müqayisədə 0.4% artıb. Analitiklər orta hesabla 0.3%-lik artım proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin Sənaye Sektorunda İstehsal Həcmi əvvəlki ay ilə müqayəsədə sentyabr ayında 0.3% azalıb, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə 260 mindən 241 minə qədər azalıb.
Bugün Böyük Britaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcminə dair məlumatlar açıqlanacaq. Belə ki, sentyabr ayında göstəricinin aylıq ifadədə 0.3 azaldığı proqnoz olunur. Eləcə də, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da tikinti sektoruna aid dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 18 oktyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin