Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard öz çıxışında bildirib ki, AMB-nin əsas faiz dərəcələrinin istiqaməti artıq bəllidir, lakin, tənzimləyici qurum monetar siyasətin yumşaldılmasının sürətini hələ müəyyənləşdirməyib. Onun sözlərinə görə, Avrozonada inflyasiyanın zəifləməsi prosesi davam edir və istehlak qiymətlərinin dinamikası ilə bağlı son məlumatlar "kifayət qədər ümidvericidir". Laqard faiz dərəcələrinin birbaşa olaraq 50 baza bəndi azaldılması ehtimalını da istisna etməyib.
Xatırlamaq lazımdır ki, AMB oktyabr ayında hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb və "inflyasiya prosesinin gözlənildiyi kimi davam etdiyini" qeyd edib. Oktyabr iclasından sonra keçirilən mətbuat konfransında Laqard, Avrozonada inflyasiyanın əvvəlcədən düşünüldüyü kimi gələn ilin sonuna qədər deyil, 2025-ci il ərzində 2%-lik hədəfinə qayıdacağını söylədi.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBeynəlxalq birjalarda dollar major valyutalar qarşısında bahalaşmağa davam edir. USDJPY valyuta cütlüyü isə artıq 152.000 həddinin üzərinə qalxıb. Qeyd etmək lazımdır ki, son dəfə cütlük qeyd olunan səviyyədə iyul ayının sonunda ticarət olunurdu. 
Qızıl da artım tendensiyasını davam etdirir. Dəyərli metalın spot qiyməti 2750$ səviyyəsində yeni tarixi rekord həddi müəyyənləşdirib. "Wall Street"-in əsas fond indeksləri isə çərşənbə axşamı günü ABŞ dövlət qiymətli kağızlarının yüksələn gəlirlərinin fonunda enir.
Bugün investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdəb biri Kanada Bankının faiz qərarıdır. Həmçinin, bazar iştirakçıları Bakı vaxtı ilə saat 18:00-da ABŞ-da təkrar daşınmaz əmlak bazarına dair dərc olunacaq məlumatları maraqla gözləyirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin