Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da və Avrozonada dərc olunmuş statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında ucuzlaşdı. EUR/USD cütlüyü 1.0780 həddindən 1.0829 həddinə qədər, GBP/USD cütlüyü 1.2908 həddindən 1.2987 həddinə qədər bahalaşıb. USD/JPY cütlüyü isə 152.820 səviyyəsindən 151.540 səviyyəsinə kimi ucuzlaşıb. Eyni dövr ərzində qızılın qiyməti bir qədər ucuzlaşaraq 2727$ səviyyəsinə qədər eniş sərgilədi.
Ötən gün açıqlanan məlumatlara əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMİ) 47.3 bənd səviyyəsindən 47.8 bənd səviyyəsinə qədər yüksəldi. Xidmət sektorunda PMI 55.2 bənd səviyyəsindən 55.3 bənd səviyyəsinə qədər artıb. Həmçinin, ölkədə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı keçən həftə 227 min nəfərə qədər enib, Yeni Mənzil Satışlarının Sayı isə 738 minə qədər artıb.
Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi sentyabr ayı ilə müqayisədə oktyabr ayında 45 bənd səviyyəsindən 45.9 bənd səviyyəsinə qədər yüksəlib. Analitiklər göstəricinin sadəcə 45.1 bəndədək yüksələcəyini proqnoz edirdilər. Xidmət sektorunda PMI-ın 51.4 bənd səviyyəsindən 51.2 səviyyəsinə qədər zəifləyib. Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) sentyabr ayı ilə müqayisədə oktyabr ayında 40.3 bənd səviyyəsindən 42.6 bənd səviyyəsinə qədər yüksəlib.
Bugün Almaniyada biznes mühitinə dair açıqlanacaq statistik göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, ABŞ-da dərc olunacaq Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsulların Sifariş Həcmi göstəricisi də bazar iştirakçılarının maraqla gözlədikləri məlumatdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?