Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞYaponiya Bankının (ölkənin mərkəzi bankı) (BoJ) bəyanətinə əsasən, bugün tənzimləyici qurum keçirilmiş iclasdan sonra uçot faiz dərəcəsini 0.25% səviyyəsində saxlamağa qərar verib. Bu qərarın fonunda USD/JPY valyuta cütlüyü kəskin ucuzlaşıb. Belə ki, faiz dərəcəsi qərarı açıqlanandan qabaq 153.570 səviyyəsində ticarət olunan cütlük hal-hazırda 152.940 səviyyəsində qərarlaşıb. Həmçinin, Yaponiyada avqust ayı ilə müqayisədə sentyabr ayında sənaye istehsalı 1.4% artıb. 
Qızılın qiyməti dünən gün sonunda 2790$ səviyyəsini test etməklə tarixi rekordunu yenilədi. "Brent" markalı neftin bir barrel üçün qiyməti isə ötən gün ərzində bahalaşmağa davam edib və artıq 73$-ın üzərində ticarət olunur.
Ötən gün ABŞ-da ÜDM və İstehlak Xərcləri göstəricilərinin proqnozların altında dərc olunması dolların major valyutalar qarşısında ucuzlaşması ilə nəticələndi. Verilən məlumatlara əsasən, ölkə iqtisadiyyatı 2024-cü ilin üçüncü rübündə illik müqayisədə 2.8% böyüyüb. ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edən istehlak xərcləri üçüncü rübdə 3.7%, PCE Core indeksi (ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətlərindəki dəyişikliklər) isə 2.2% artıb. 
Eləcə də, dünən Almaniyada açıqlanan məlumatlara görə, oktyabr ayında ölkədə İşsizlik Səviyyəsi 6.1%-ə yüksəlib, işsizlərin sayı isə 27 min nəfər artıb. Ölkənin 2024-cü ilin üçüncü rübündə ÜDM-i əvvəlki rüb ilə müqayisədə 0.2% artıb. Almaniya standartlarına uyğun olaraq hesablanan İstehlak Qiymətləri İndeksi isə illik ifadədə sentyabr ayı ilə müqayisədə oktyabr ayında 1.6%-dən 2%-ə qədər artıb. Aylıq ifadədə istehlak qiymətləri oktyabr ayında 0.4% artıb.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Avrozonanın ÜDM-i 2024-cü ilin üçüncü rübündə əvvəlki rüb ilə müqayisədə 0.4%, illik ifadədə isə 0.9% artıb. "Automatic Data Processing" (ADP) analitik şirkətinin verdiyi məlumata əsasən, sentyabr ayı ilə müqayisədə oktyabr ayında ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı 233 min artıb.
Bugün Avrozonada inflyasiyaya və İşsizlik Səviyyəsinə dair dərc olunacaq rəqəmlər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və ölkə əhalisinin xərcləri ilə bağlı göstəricilər də maraqla gözlənilir. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin