Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftə Amerikada həm İstehlak Qiymətləri İndeksi, həm də İstehsal Qiymətləri İndeksi proqnozların üzərində açıqlansa da, Amerika prezidenti Donalt Trampın Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan təhdidləri fonunda investorların dollara olan etimadı sarsıldı. ABŞ-ın növbəti münaqişənin iştirakçısı olma ehtimallarının yüksəlməsi dollar üzərində təzyiqləri artırdı.
Belə ki, ötən həftəyə 1.02890 və 1.23700 hədlərində start verən EUR/USD və GBPUSD müvafiq olaraq 1.05140 və 1.25860 səviyyələrinə kimi bahalaşdılar. "Güvənli liman" maliyyə alətləri olan qızıl, İsveçrə frankı və Yapon yeni də dollar qarşısında gücləniblər. USD/CHF və USD/JPY məzənnələri geriləyərək ötən həftəni 152.320 yen və 0.89970 frank hədlərində başa vurublar. Qızıl ötən həftədə də ard-arda rekord yeniləməklə həftəyə damğasını vurdu. "Sarı metal" 2942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2885$ həddində tamamladı.
Bu həftə bütün bazar iştirakçıları Amerika prezidenti Donald Trampın həftənin çərşəmbə gününə planlaşdırılan çıxışına fokuslanıblar. "Mister Təhdid"-in bu dəfə kimləri və nə ilə təhdid edəcəyi bu həftənin əsas kilid nöqtəsidir.
Cari həftə ərzində Avstraliyadan, Yeni Zelandiyadan və Türkiyə Cümhuriyyətindən gələcək faiz qərarları, Böyük Britaniyada və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) və İstehsal Qiymətləri İndeksi (PPI) göstəriciləri birjaların diqqət mərkəzində olacaq. 
İnvestorlar çərşənbə axşamı çıxış edəcək İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin açıqlamalarında tənzimləyici qurumun monetar siyasətinin gələcəyinə dair ipucları axtaracaqlar.
Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada, İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi, Amerikada isə Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli isqtisadi göstəricilər və "FOMC"-un son toplantısının protokolları dərc olunacaq.
EUR
Ötən həftəni 1.04920 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə enişlə start verdi və hazırda, 1.04858 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq PMI və ZEW Hesabatları avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər. 
"Buğalar" qiyməti 1.06$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər.
GBP
Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD məzənnəsi hazırda 1.25900 səviyyəsində ticarət olunur. "Buğalar" qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.  
Bu həftə isə İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı, həmçinin, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi kimi iqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAU/USD
Qızıl ötən həftə 28942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2885$-a kimi geriləyib.
Hazırda, 2901$-dan təklif olunan "sarı metal", investorların Amerika prezidentinin Yaxın Şərqi hədəf alan təhdidləri və ticarət tərəfdaşlarına yönəlmiş tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən "güvənli liman" olaraq son sığınacaq roluna üstlənib. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 17 fevral 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart