Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bahalaşaraq öz mövqelərini bir qədər bərpa edə bilib. EUR/USD valyuta cütlüyü 1.05060 səviyyəsindən ucuzlaşmağa başlayıb və hazırda 1.04540 səviyyələrində ticarət olunur. GBP/USD cütlüyü eyni dövr ərzində 1.26340 həddinə qədər yüksəldiyindən sonra 1.25950 həddinə qədər geriləyib. USD/JPY cütlüyü isə 151.230 səviyyəsini test etdikdən sonra 152.210 səviyyəsinə qədər bahalaşıb. 
Qızılın qiyməti keçən həftənin sonunda itirdiyi mövqeləri qaytarmağa çalışır. Dəyərli metal cari həftəni 2878$ səviyyəsində açmış olsa da, bahalaşaraq 2914$ səviyyəsinə qədər yüksəlib. "OPEC+" ölkələri ABŞ prezidenti Donald Trampın hasilatı artırmaq çağırışlarına baxmayaraq, aprel ayından neft hasilatının artırılmasını təxirə salmaq qərarını nəzərdən keçirirlər. Bu xəbərin fonunda "Brent" markalı neftin qiyməti isə 74.60$-dan 75.65$-a qədər bahalaşıb.  
Bazar ertəsi günü Yaponiya hökumətinin təqdim etdiyi ilkin hesabata əsasən, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0.7% artıb. Dördüncü rübdə Yaponiyada istehlak xərcləri 0.1% artıb. Eyni dövrdə ixrac 1.1% artdığı halda, idxal 2.1% azalıb. ÜDM-in illik ifadədə artım tempi 2.8% təşkil edib. Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi dekabr ayında 0.2% azalıb. 
Həmçinin, Avrozonın Ticarət Saldosu proqnozların üzərində dərc olunub. Analitiklər göstəricinin dekabr ayında 16 milyard avro səviyyəsindən 14.4 milyard avro səviyyəsinə qədər azalacağını ehtimal etsələr də, Ticarət Saldosunun profisiti 15.5 milyard avro təşkil edib. Kanadada isə Tikintisi Başlanan Evlərin Sayı yanvar ayında 232.5 mindən 239.7 minə qədər artıb, lakin, ekspertlərin 251 minlik proqnozunun altında qalıb. 
Bugün Böyük Britaniyada əmək bazarına dair açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, bugün ZEW (Avropa İqtisadi Tədqiqatlar Mərkəzi) tərəfindən Avrozonaya və Almaniyaya dair dərc olunacaq göstərcilər və Kanadada açıqlanacaq İstehlak Qiymətləri İndeksi bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 18 fevral 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart