Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün Almaniyada və Avrozonada statistik göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Dünən 27 dekabr tarixindən bugünə ilk dəfə 1.05280 səviyyəsinə qədər bahalaşan EUR/USD valyuta cütlüyü, sonradan bir qədər ucuzlaşaraq 1.04740 səviyyəsində qərarlaşıb. GBP/USD cütlüyü isə 18 dekabr 2024-cü il tarxindən bugünə ilk dəfə 1.26900 həddinə qədər yüksəlib. "Güvənli liman" aləti kimi çıxış edən USD/JPY cütlüyü 148.850 həddindən 150.300 həddinə qədər korrekiv olaraq bahalaşıb. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞQızıl dünən tarixi maksimum həddini bir daha yenilədi. Dəyərli metal 2956$ səviyyəsinə qədər bahalaşdı. Lakin, həmin həddən ucuzlaşmağa başlayan qızılın dəyəri hazırda 2939$ təşkil edir. Ötən həftə ərzində 77.30$-dan 74.30$-a qədər kəskin şəkildə ucuzlaşan "Brent" markalı neftin qiyməti cari həftənin əvvəlində bahalaşmağa başlayıb. Hazırda "qara qızıl"-ın bir barrel üçün qiyməti 75$-dır. "Bitcoin" isə eniş tendensiyasını davam etdirərək 92000$ səviyyəsinin altına enib. 
Avropa İttifaqının Statistika İdarəsi "Eurostat"-ın dünən təqdim etdiyi məlumatlara əsasən, yanvar ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 2.5% artıb. Dərc olunan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi (CPI) yanvar ayında 0.3% zəifləyib və illik göstərici kimi, ekspertlərin proqnozlarını təkrarlayıb. Yanvarda ərzaq və enerji xərcləri nəzərə alınmadan hesablanan istehlak qiymətlərinin artım tempi (CPI Core) əvvəlki ay ilə müqayisədə illik ifadədə 2.7% təşkil edib, aylıq ifadədə isə göstərici 0.9% azalıb.
Həmçinin, "IFO" tədqiqat institutunun hesabatına əsasən, Almaniyada Biznes Mühiti İndeksi yanvar ayında olduğu kimi fevral ayında da 85.2 bənd səviyyəsində açıqlanıb. Bundan əlavə, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksinin 86 bənddən 86.5 bəndədək yüksələcəyi proqnoz olunsa da, göstərici 85 bəndədək geriləyib. Almaniyada Biznes Gözləntiləri İndeksi isə 84.3 bənddən 85.4 bəndədək yüksəlib.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Almaniyada açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, ABŞ-da "Conference Board" analitik şirkəti tərəfindən dərc olunacaq İstehlakçıların İnam İndeksi göstəricisi də bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 25 fevral 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart