Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən Kanada və Meksikadan ABŞ-a mal idxalına rüsumların qüvvəyə minməsi və Çin mallarına tariflərin artırılması ilə bağlı xəbərlər fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
İnvestorlar Avropa idxalına qarşı oxşar tədbirlərin görülə biləcəyindən ehtiyat edirlər. EUR/USD valyuta cütlüyü ötən günün səhərindən etibarən 1.03600 səviyyəsindən 1.06370 səviyyəsinə qədər bahalaşıb və 2024-cü ilin noyabr ayından bu yana ilk dəfə qeyd olunan həddə yüksəlib. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.25820 səviyyəsindən 1.28000 səviyyəsinə qədər bahalaşıb.
Dolların beynəlxalq birjalarda ucuzlaşmağına baxmayaraq, USD/JPY valyuta cütlüyündə məzənnənin bahalaşdığının şahidi oluruq. Valyuta cütlüyü ilk öncə 149.580 həddindən 148.075 həddinə qədər ucuzlaşsa da, bugün səhər saatlarında artıq 150.175 səviyyəsinə qədər yüksəlib. Həmçinin, dərc olunan məlumatlara əsasən, fevral ayında Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 53 bənddən 53.7 bəndədək artıb.
Ticarət müharibəsinin kəskinləşməsi, eləcə də Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırması ilə bağlı məlumatla əlaqəli geosiyasi qeyri-müəyyənlik qızılın dünya bazarlarında kəskin bahalaşmasına səbəb olub. Dəyərli metal ötən gün ərzində 2927$-a qədər bahalaşaraq, son günlərdə itirdiyi mövqelərini bir qədər bərpa edə bilib. Hazırda qızıl 2912$ səviyyəsində ticarət olunur. "Brent" markalı neftin qiyməti isə 70.05$ səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 71.60 səviyyəsinə qədər bahalaşıb.  
Xatırlamaq lazımdır ki, bazar ertəsi ABŞ prezidenti Donald Tramp Çin mallarına rüsumların 10%-dən 20%-ə qaldırıldığını açıqlayıb. Pekin ticarət şərtlərinin yeni sərtləşdirilməsinə cavab olaraq ABŞ-dan idxal edilən buğda və digər kənd təsərrüfatı məhsullarına 10-15% tariflər tətbiq edib. Çərşənbə axşamı günü Kanada və Meksikadan ABŞ-a idxal edilən mallara 25% tariflər də qüvvəyə minib.
Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Amerika mallarına cavab rüsumları tətbiq edəcəyini və Kanadadan ABŞ-a idxal olunan rüsumlar ləğv olunana qədər onların əhatə dairəsini tədricən genişləndirəcəyini bildirib. O, əvvəllər rüsumların digər məhsullar ilə yanaşı, Amerika pivəsi, şərabı, məişət texnikası və portağal suyuna da tətbiq ediləcəyini bildirib. Həmçinin, keçən həftə prezident Tramp Avropadan ABŞ-a idxal edilən avtomobillərə və digər mallara 25% rüsum tətbiq etmək imkanını gündəmə gətirib.
Bugün Bakı vaxtı ilə saat 17:15-də ABŞ-da ADP tərəfindən dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, ABŞ-da Sənaye Sektorunda Sifarişlərin Həcmi, eləcə də, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da xidmət sektorunda PMI göstəriciləri bazar iştirakçılarının maraqla gözlədikləri məlumatlardır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 05 mart 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart