Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisinin proqnozların altında dərc olunması fonunda avro və funt sterlinqin dollar qarşısında artım tendensiyası davam edib.
Belə ki, EUR/USD və GBP/USD valyuta cütlükləri bugün səhər saatlarında müvafiq olaraq 1.08200 və 1.29080 səviyyələrini test ediblər. Həmçinin, EURGBP cütlüyü yanvarın sonundan bəri ilk dəfə 0.83830 həddinə qədər yüksəlib.
Qızılın beynəlxalq birjalarda qiyməti cari həftənin əvvəlindən 2894$-2930$ aralığında dalğalanmaya davam edir. Hazırda dəyərli metal 2916$-a ticarət olunur. ABŞ-da kommersiya məqsədli neft ehtiyatlarının 28 fevral tarixində bitən həftə üçün 3.614 million barrel artması "qara qızıl"-ın qiymətinin bir qədər artmasına səbəb oldu. "Brent" markalı neftin bir barrel üçün dəyəri ötən gün 70.00$ həddini aşağıya doğru qıraraq 68.60$ səviyyəsinə qədər azalıb. Lakin xəbər açıqlandıqdan sonra qiymət 70.00$-a qədər yüksəlib. "Bitcoin"-ın dəyəri isə artmağa davam edir və artıq 92500 səviyyəsinə qədər çatıb.
Ötən gün Automatic Data Processing (ADP) şirkətinin təqdim etdiyi hesabata əsasən, fevral ayında ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı 77 min təşkil edib. Analitiklər göstəricinin 141 min səviyyəsində açıqlanacağını proqnozlaşdırmışdılar. Həmçinin, "S&P Global" tərəfindən açıqlanan ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 52.9 bənd səviyyəsindən 51 bənd səviyyəsinə qədər zəifləyib. Lakin, ISM tərəfindən dərc olunan xidmət sektorunda PMI 52.8 bənddən 53.5 bəndədək yüksəlib. 
Eləcə də, "S&P Global"-ın təqdim etdiyi hesabata əsasən, Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), yekun qiymətləndirməyə əsasən, yanvar ayı ilə müqayisədə fevral ayında 51.3 bənd səviyyəsindən 50.6 bənd səviyyəsinə qədər geriləyib. Analitiklər göstəricinin 50.7 bəndədək zəifləyəcəyini proqnozlaşdırmışdılar. Almaniyanın xidmət sektorunda aktivlik 52.5 bənddən 51.1 bəndədək zəifləyib, Böyük Briyaniyada isə 50.8 bənddən 51.1 bəndədək artıb.  
Bugün əksər investorların maraqla izlədiyi əsas hadisə Bakı vaxtı ilə saat 17:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı olacaq. Ekspertlər tənzimləyici qurumun göstəricini 2.90%-dən 2.65%-ə qədər enəcəyini proqnozlaşdırırlar. Əlavə olaraq, baş tutacaq Avropa İttifaqı (Aİ) liderlərinin sammiti və ABŞ-da açıqlanacaq İdxal, İxrac  və Ticarət Saldosu göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlimat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 06 mart 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart