Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün Almaniyada statistik göstəricilərin proqnozların altında açıqlanması fonunda avro dollar və funt sterlinq qarşısında ucuzlaşdı. Çərşənbə günü FED sədri Cerom Pauellin çıxışından sonra EUR/USD valyuta cütlüyündə başlayan eniş tendensiyası davam etdi və məzənnə 1.18190 səviyyəsindən 1.17290 səviyyəsinə qədər gerilədi. EUR/GBP cütlüyü isə 0.87450 həddindən 0.87230 həddinə kimi ucuzlaşdı. 
Qızıl tarixi maksimumları yenilədikdən sonra bir qədər zəifləyib. Belə ki, sarı metal dünən 3779$-dan 3718$-a qədər dəyər itirib. Lakin bu gün səhər saatlarında bir qədər bahalaşan dəyərli metal hazırda 3737$ səviyyəsində ticarət olunur. "Brent" markalı neftin qiyməti isə ABŞ-da kommersiya məqsədli neft ehtiyatların həcminə dair məlumatların açıqlanmasından sonra 3 sentyabr 2025-ci il tarixindən bəri ilk dəfə 69.10$ həddinə kimi artıb.

Çərşənbə axşamı Almaniyada dərc olunan məlumatlara əsasən, ölkədə Biznes Mühiti İndeksi avqustdakı 88.9 bənddən 87.7 bəndə enib. Analitiklər isə indeksin 89.3 bəndədək artacağını proqnozlaşdırırdılar. Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi sentyabrda 86.4 bənddən 85.7 bəndə, Biznes Gözləntiləri İndeksi isə 91.4 bənddən 89.7 bəndədək zəifləyib. Proqnozlar müvafiq olaraq 86.5 bənd və 92 bənd təşkil edirdi.
Həmçinin, ABŞ-da avqust ayında Yeni Mənzil Satışlarının Həcmi əvvəlki aya nisbətən 20.5% artıb. İllik ifadədə yeni mənzil satışları 15.4% artaraq 800 min təşkil edib. Proqnoz 650 min mənzil idi. Yenilənmiş məlumatlara görə, iyul ayında 652 min deyil 664 min mənzil satılıb. 
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Piero Çipollone çərşənbə günü bildirib ki, hazırkı faiz dərəcələri səviyyəsi əsaslandırılıb. O qeyd edib ki, Avrozonada inflyasiya ümumilikdə sabitləşib və iqtisadiyyat dayanıqlılıq nümayiş etdirir.
Böyük Britaniya Mərkəzi Bankının sədri Endryu Beyli isə bəyan edib ki, İngiltərə Bankı (BoE) hələ faiz dərəcələrinin azaldılmasını tam başa çatdırmayıb. Onun sözlərinə görə, tənzimləyicinin siyasəti hələ də məhdudlaşdırıcı xarakter daşıyır. Beyli həmçinin vurğulayıb ki, Böyük Britaniyada istehlakçılar xərclərində getdikcə daha çox ehtiyatlı davranırlar ki, bu da, iqtisadi artımı məhdudlaşdırır.
Bu gün investorların diqqət mərkəzində ABŞ-da dərc olunacaq ÜDM göstəriciləridir. Əlavə olaraq İsveçrə Milli Bankının faiz dərəcəsi ilə bağlı qərarı və Amerikada açıqlanacaq Təkrar Daşınmaz Əmlak Bazarında Satış Həcmi bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti