Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ-da statistik göstəricilərin proqnozların üzərində dərc olunmasından sonra dollar beynəlxalq birjalarda major valyutalar qarşısında kəskin bahalaşıb. Belə ki, EUR/USD valyuta cütlüyü 1.17380 səviyyəsindən 1.16460 səviyyəsinə qədər geriləyib.
GBP/USD cütlüyü eyni müddət ərzində 1.34180 həddindən 1.33230 həddinə kimi eniş sərgilədi. USD/JPY cütlüyü isə 149.950 səviyyəsinə kimi bahalaşıb.
Ötən gün ABŞ-ın Ticarət Nazirliyinin yaydığı məlumata əsasən, ölkə iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə illik ifadədə 3.8% böyüyüb. Bu, son yeddi rüb ərzində ən yüksək artım tempidir. Analitiklər göstəricinin 3.3% artacağını proqnozlaşdırmışdılar. Daha əvvəl isə iqtisadi artımın -0.5% olduğu açıqlanmışdı.
Avqust ayında ABŞ-da Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi əvvəlki ayla müqayisədə 2.9% artıb. Bu, son üç ayda ilk artım olub. Həmçinin, avqustda ABŞ-da təkrar daşınmaz əmlak bazarında satışlar iyul ayı ilə müqayisədə 0.2% azalıb və 4 milyon təşkil edib.
Əlavə olaraq, ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə gözlənilmədən azalıb. Əmək Nazirliyinin məlumatına görə, müavinət üçün müraciət edənlərin sayı 14 min nəfər azalaraq 218 min nəfərə düşüb. Analitiklər isə göstəricinin 232 mindən 235 minə yüksələcəyini proqnoz edirdilər.
Amerika fond indeksləri cümə axşamı ticarət gününü azalma ilə başa vurub və ardıcıl üçüncü sessiyanı mənfi zonada yekunlaşdırıb. İnvestorlar yeni statistik məlumatların açıqlanmasından sonra Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətinin perspektivlərini qiymətləndirirlər.
"S&P 500" indeksinin komponentləri arasında ən çox artım göstərən "Intel Corp." olub. Şirkətin səhmləri KİV-də yayılan, "Intel"-in "Apple Inc."-ə tərəfdaşlıq və investisiya təklifi ilə müraciət etdiyi barədə xəbərlərdən sonra 8.9% bahalaşıb. "Apple"-ın səhmləri də 1.8% artıb.
"Böyük yeddilik" şirkətləri arasında isə "Tesla"-nın bazar dəyəri 4.4%, "Meta"-nın – 1.5%, "Amazon.com Inc."-in – 0.9%, "Alphabet Inc." və "Microsoft Corp."-un isə 0.6% azalıb. "Nvidia Corp."-un kapitallaşması isə 0.4% yüksəlib.
Bu gün ABŞ-da açıqlanacaq Şəxsi İstehlak Xərclərinin Qiymət İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın Bakı vaxtı ilə saat 13:30-da baş tutacaq çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti