Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ federal hökumətinin fəaliyyətinin dayandırılması (shutdown) ilə bağlı narahatlıqlar dolların beynəlxalq birjalarda yüksəlişini məhdudlaşdırır. EURUSD valyuta cütlüyü cari həftəyə artımla başlayıb. Məzənnə 1.16980 səviyyəsindən 1.17540 səviyyəsinə qədər yüksəldi. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.33860 həddindən 1.34560 həddinə kimi yüksəlib.
Qızılın rallisi davam edir. Dəyərli metal tarixi maksimum səviyyəsini yeniləyərək 3870$-a qədər bahalaşıb. Ekspertlər artım tendensiyasının davam edəcəyini proqnozlaşdırırlar. "Brent" markalı neftin bir barel üçün qiyməti isə ötən həftənin sonu başlayan eniş tendensiyasını davam etdirir. Belə ki "qara qızılın" dəyəri 70.40$-dan 67.00$-a kimi enib.

ABŞ prezidenti Donald Trampın hökumətin müvəqqəti maliyyələşdirilməsi məsələləri üzrə Konqresdəki Demokrat və Respublikaçı liderlərlə keçirdiyi görüş heç bir ciddi nəticə vermədən başa çatıb. Verilən məlumatlara görə, Demokratlar, Respublikaçılar və administrasiya nümayəndələri Ağ Evi tərk edərək bir-birini günahlandırıblar və hökumətin bağlanmasının qarşısını almaq məsələsində irəliləyiş əldə etməyiblər.
Görüşdə iştirak edən Senatda Demokrat azlığın lideri Çak Şumer jurnalistlərə bildirib ki, Demokratlarla Respublikaçılar arasında, səhiyyə problemləri də daxil olmaqla, əsas məsələlərdə "çox böyük fikir ayrılıqları" var. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Demokratları əsassız tələblər irəli sürməkdə ittiham edib.
Hazırda ABŞ-da federal qurumların fəaliyyətini maliyyələşdirən, mart ayında qəbul olunmuş müvəqqəti qanun qüvvədədir, lakin onun müddəti 30 sentyabrda başa çatır. Nümayəndələr Palatası daha əvvəl maliyyələşmənin 21 noyabradək uzadılması barədə qanun layihəsini təsdiqləyib. İndi bu qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir. Senatda Respublikaçıların 100 səsdən 53-ü var, lakin qanun layihəsinin qəbul edilməsi üçün 60 səs tələb olunur.
Avstraliya Ehtiyatlar Bankı faiz dərəcəsini 3.60% səviyyəsində saxlayıb. Tənzimləyici qurum qlobal risklərin artması fonunda daxili iqtisadi fəaliyyət və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin qaldığını bildirib. ABŞ-ın tarif siyasəti və digər ölkələrin reaksiyaları barədə indi daha çox aydınlıq var, bu da kəskin nəticələrin ehtimalını azaldır. Amma ticarət gərginlikləri dünya iqtisadi artımına təzyiq etməyə davam edəcək.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, Böyük Britaniyada dərc olunacaq ÜDM, Almaniyada açıqlanacaq İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi, eləcə də Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq.
Əlavə olaraq, Bakı vaxtı isə saat 18:00-da ABŞ-da "Conference Board" İstehlakçıların İnam İndeksi və "JOLTS" Boş İş Yerləri və Vakansiyalar Hesabatı dərc olunacaq, saat 19:00-da isə ABŞ prezidenti Donald Trampın çıxışı baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlk

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

"Prime Cotton" şirkətinin ixracı 2 dəfəyə yaxın artıb

2026-cı ilin ilk rübündə pambıq istehsalçısı "Prime Cotton" MMC-nin ixracının cəmi dəyəri 43,2 milyon ABŞ dolları təşkil edib. -ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxra

Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsi

Yaponiya, 30 aprel tarixində yeni dollar qarşısında dəstəkləmək üçün həyata keçirdiyi valyuta müdaxiləsi zamanı təxminən 4,68 trilyon yen (cari məxənnə ilə təxminən 30 milyard dollar) xərcləyib. Başqa sözlə, bazara girişi

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir. 2025-ci ili

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 29,8 milyon ABŞ dolları dəyərində 919 ədəd minik avtomobili idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında yayımlanıb. Ötən ilin eyni dövr


iqtisadi xeberler bank faizleri valyuta kurslari kripto biznes xeberleri