Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da "shutdown"-un (hökumətin fəaliyyətini dayandırması) dollar təzyiq altında qalmaqda davam edir. Bunun fonunda investorların "güvənli liman" maliyyə alətlərinə, xüsusilə qızıla tələbi artıb. EUR/USD valyuta cütlüyü ötən gün 1.16520 səviyyəsindən 1.17210 səviyyəsinə qədər bahalaşıb. Lakin bu gün səhər məzənnə bir qədər geriləyərək 1.16870 səviyyəsinə kimi enib. Həftəni artımla başlayan USD/JPY cütlüyü 150.610 səviyyəsinə qədər yüksəlib. 
Qızılın bir unsiya üçün spot qiyməti 3977$-a yüksəlib. "OPEC+" tərəfindən həftəsonu hasilatın artırılması ilə bağlı qəbul edilən qərardan sonra "Brent" markalı neftin isə bir barel üçün qiyməti 66$-a qədər bahalaşıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
ABŞ Senatı hökumətin müvəqqəti açılmasını və altı günlük "şatdaun"un dayandırılmasını nəzərdə tutan respublikaçılar tərəfindən təqdim edilmiş qanun layihəsini təsdiqləyə bilməyib.
Sənədin qəbul edilməsi üçün səsvermədə 60 səs tələb olunurdu, lakin senatorlar bu həddə çata bilməyiblər. Eyni günün əvvəlində demokratlar tərəfindən irəli sürülən oxşar qanun layihəsi də rədd edilib — həmin sənəddə "Obamacare" proqramı çərçivəsində subsidiyaların uzadılması nəzərdə tutulurdu, buna isə respublikaçılar qarşı çıxmışdılar.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard ötən gün baş tutan çıxışında bildirib ki, tənzimləyici qurum inflyasiya üzrə hədəf göstəricisinə yaxınlaşıb və 2026-cı ildə iqtisadiyyatın artacağını proqnoz edir.
"Inflyasiya hələ də bizim 2%-lik hədəf göstəricimizə yaxındır", — bazar ertəsi günü ECB sədri bildirib və əlavə edib ki, əsas qiymət təzyiqi də davam edir və "əmək haqqının artımı da gələcəkdə tədricən ləngiyəcək".
Avropa İttifaqı qanunvericiləri qarşısında Strasburqda çıxış edərkən o qeyd edib ki, "gömrük rüsumlarının artması, avronun möhkəmlənməsi və qlobal rəqabətin güclənməsi səbəbindən ixracın zəif dinamikası ilin sonuna qədər artımı məhdudlaşdıracaq".
Avropa Statistika İdarəsinin ötən gün dərc etdiyi məlumata görə, Avrozonada pərakəndə satışlar avqust ayında əvvəlki ay ilə müqayisədə 0.1% artıb. Göstəricinin dinamikası analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb. Yenilənmiş məlumatlara əsasən, iyul ayında göstərici 0.4% azalıb.
Qərbi Avropanın ən böyük ölkələrinin fond indeksləri bazar ertəsi günü ucuzlaşıb. İnvestorların əhval-ruhiyyəsinə mənfi təsir göstərən amillərdən biri də Fransa Baş Nazirinin istefası ilə bağlı xəbər olub.
Fransa Baş Naziri Sebastyen Lekornu bazar ertəsi Fransanın prezidentinə istefa ərizəsini təqdim edib və Emmanuel Makron bunu qəbul edib. Öncəki axşam Lekornu, sentyabr ayının əvvəlində istefa verən Fransua Bayrunun hökumətinin yerinə təklif olunan yeni nazir kabinetinin tərkibini açıqlayıb. Tərkibi formalaşdırılmış kabinet dərhal müxalifət tərəfindən sərt tənqidə məruz qalıb və yeni hökumət üçün Milli Assambleyada yeni etimadsızlıq səsverməsi vəd edilib.
Bu gün ABŞ-da açıqlanacaq İxrac, İdxal və Ticarət Saldosu investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Almaniyada dərc olunacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və ECB sədri Kristin Laqardın baş tutacaq çıxışı bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 07 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti