Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da "shutdown"-un (hökumətin fəaliyyətinin dayandırılması) davam etməsi və Fransada siyasi vəziyyətin çətinləşməsi fonunda beynəlxalq birjalarda dolların bahalaşdığının, avronun isə aparıcı valyutalar qarşısında gerilədiyinin şahidi oluruq. Qızıl 4000$ həddinin üzərinə yüksələrək tarixi maksimumunu yeniləyib. 
EUR/USD valyuta cütlüyü cari ayın əvvəlində başlayan eniş tendensiyasını davam etdirir. Məzənnə ötən gün 1.17150 səviyyəsindən enərək bu gün 1.16120 səviyyəsinə qədər zəifləyib. EURGBP cütlüyü isə 0.87040 həddindən 0.86720 həddinə qədər ucuzlaşıb. 
Qızıl artmaqda davam edir. Dəyərli metal çərşənbə günü 4036$-a yüksələrək tarixi rekord həddini yeniləyib. "Brent" markalı bir barel üçün qiyməti isə 66.35$-a kimi yüksəlib.
İnvestorlar dünən ABŞ-da artıq yeddinci gün davam edən hökumətin bağlanması ("şatdaun") prossesini, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərlərinin açıqlamalarını diqqətlə izləyiblər.
ABŞ senatorları hökumət qurumlarının maliyyələşdirilməsini bərpa etməyə və "şatdaun"a son qoymağa imkan verəcək qanun layihəsini yenidən qəbul edə bilməyiblər – bu barədə Amerika KİV-ləri məlumat verib. Qanun layihəsinin qəbul olunması üçün minimum 60 səs tələb olunduğu halda, yalnız 52 senator "lehinə" səs verib.
Eyni zamanda, Senat və Nümayəndələr Palatasındakı demokrat liderlər ABŞ prezidenti Donald Tramp ilə "şatdaun"un başa çatdırılması barədə danışıqlar aparmadıqlarını bildiriblər. Halbuki, bundan əvvəl dövlət başçısı belə danışıqların aparıldığını demişdi.
Kanzas-Siti Federal Ehtiyatlar Bankının rəhbəri Ceff Şmid bəyan edib ki, inflyasiya hələ də çox yüksək səviyyədə qaldığı üçün FED qiymət artımını məhdudlaşdırmağa yönəlmiş tədbirləri davam etdirməlidir. O deyib: "Pul-kredit siyasəti tələbin azaldılmasına yönəlməlidir ki, bu da, təklifin bərpasına və iqtisadiyyatda qiymət təzyiqinin azalmasına şərait yaratsın."
Eyni zamanda, ABŞ prezidenti Tramp tərəfindən yaxın zamanda bu vəzifəyə təyin olunmuş FED İdarə Heyətinin üzvü Stiven Miran öz fikrini təkrarlayaraq bildirib ki, tənzimləyici qurum əhalinin artım tempinin zəifləməsi və idxal rüsumlarının inflyasiyaya məhdud təsiri kimi amillər səbəbilə əsas faiz dərəcəsini azaltmaq siyasətini davam etdirə bilər.
Çərşənbə axşamı dərc olunan məlumatlara görə Almaniyanın Sənaye Sektorunda Sifarişlərin Həcmi avqust ayında ardıcıl dördüncü aydır ki, azalıb. İyul ayı ilə müqayisədə göstəricinin 1.2% artacağı proqnoz olunsa da, 0.8% zəifləyib. Həmçinin, Yeni Zelandiya Ehtiyatlar Bankı (RBNZ) faiz dərəcəsini birbaşa 50 baza bəndi azaltdı. Ekspertlər göstəricinin 3.00%-dən 2.75%-ə qədər endiriləcəyini proqnoz etsələr də, tənzimləyici qurum uçot dərəcəsini 2.50%-ə qədər azaltdı. 
Bu gün Bakı vaxtı ilə saat 23:00-da ABŞ-da Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) dərc edəcəyi toplantı protokolları investorların marağına səbəb olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Almaniyada açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi və ABŞ-da dərc olunacaq kommersiya məqsədli neft ehtiyatlarına dair məlumatlar bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ investisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 09 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti