Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətÖtən həftənin çərşənbə günü Avrozonada və İngiltərədə proqnozların çox altında açıqlanan inflyasiya göstəriciləri fonunda avro və funt-sterling dollar qarşısında müvafiq olaraq 1.11$ və 1.28$ hədlərinə ucuzlaşdı.
Bu həftə mərkəzi bankların iclasları ilə əlamətdar olacaq. Belə ki, Federal Ehtiyyatlar Sistemi və Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini artırmağa hazırlaşarkən, Yaponiya Mərkəzi Bankının (BoJ) heç bir dəyişiklik etməyəcəyi proqnozlaşdırılır. ABŞ fond bazarlarında ralli dönüş nöqtəsi ilə üz-üzədir. Neft tədarük proqnozu ilə bağlı narahatlıqlar fonunda öz qazanclarını artırmağa hazır görünür.
Çərşənbə günü FED-in faizləri artıracağına əmin olan investorların diqqəti bunun sərtləşdirmə dövründə son faiz artımı olub-olmayacağına yönələcək. 
Qeyd edək ki, FED, yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün son 40 ildən çox müddətdə ən sürətli sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin mart ayından etibarən uçot dərəcələrini 500 baza bəndi artırdıqdan sonra ötən ay faiz artımını dayandırmışdı.
Bazar içtirakçıları həmçinin Amerikada, Avrozonada, İngiltərədə sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndekslərini, Almaniyada inflyasiyaya, Amerikada daşınmaz əmlak və tikinti sektorlarına dair göstəriciləri, eləcə də şəxsi xəclərə dair statistik rəqəmləri yaxından izləyəcəklər. 
Ötən həftəni 101.0 bənd səviyyəsində başa vuran DXY-da "ayılar" qiymətləri 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara və orada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
EUR
Ötən həftəni 1.11$ həddinin üzərində tamamlayan EUR/USD məzənnəsində qiymətlər bu səviyyənin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər. Bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı, xüsusilə də bank sədri Kristin Laqardın monetar siyasətin gələcəyinə dair səsləndirəcəyi fikirlər avronun dollar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2180 hədlərində müqavimətlə qarşılaşaraq 1.2850 hədlərinə kimi ucuzlaşan GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndekslərinə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar. 
JPY
Cümə günü Yaponiya Mərkəzi Bankının (BoJ)-nin pul-kredit siyasəti qərarı, bank üzvlərinin artan qiymət təzyiqləri qarşısında ultra geniş monetar mövqelərini yenidən qiymətləndirəcəkləri ilə bağlı davam edən spekulyasiyalar fonunda maraqla gözlənilir.
Cümə günü açıqlanan məlumatlar göstərdi ki, Yaponiyada baza inflyasiyası 15-ci ay ardıcıl olaraq iyun ayında mərkəzi bankın 2%-lik hədəfinin üzərində qalıb. Lakin baza inflyasiya geriləyib.
Analitiklər hesab edirlər ki, bu məlumatlar mərkəzi bankın tezliklə əsas monetar stimullaşdırıcı tədbirləri dayandırmağa başlaması üçün təzyiqi azalda bilər. Eyni zamanda bu inflyasiya göstəriciləri BOJ-nin cari ildə inflyasiya proqnozunu artırması ehtimalını qüvvətləndirir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 24 iyul 2023

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı cüzi kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafını

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 29,8 milyon ABŞ dolları dəyərində 919 ədəd minik avtomobili idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında yayımlanıb. Ötən ilin eyni dövr

Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir. 2025-ci ili

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni

Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb

Dövlət Gömrük Komitəsi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb, lakin müsbət saldo kəskin artıb. xəbər verir ki, 2026-cı ilin ilk iki ayında xarici ticarə

Avstraliya Mərkəzi Bankı faizini üçüncü dəfə artırdı

Avstraliya Mərkəzi Bankı (RBA), inflyasiyanın inadkar şəkildə yüksək səviyyədə qalmasını nəzarət altına almaq məqsədilə pul siyasəti faizini ardıcıl üçüncü iclasda artıraraq 4,1%-dən 4,35%-ə yüksəltdib. Marja xəbər veri

Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb

2026-cı ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 696 min 283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə verg

Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

2026-cı ilin 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümum

Pozuntular aşkarlanıb, vəzifəli şəxslər barəsində materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub

Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti döv


iqtisadi xeberler depozit faizleri bitcoin dollarin kursu bu gun investisiya