Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətÖtən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin, İngiltərə Mərkəzi Bankının faiz qərarları və FED sədri Cerom Pavelin Amerikada monetar siyasətin gələcəyinə dair verdiyi açıqlamalar, eləcə də, Avrozonada və İngiltərədə açıqlanan inflyasiya göstəriciləri fonunda dollar indeksi ardıcıl 10-cu həftəni də artımla tamamladı.
FED-in sentyabrın 20-də keçirilən iclasında uçot faiz dərəcəsini sabit saxlasa da sədr C.Pavelin inlyasiya ilə mübarizə çərçivəsində bankın sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair verdiyi açıqlamalar fonunda FED-in noyabr toplantısında faiz dərəcəsini 25 baza bəndi artırması ehtimalları yüksək qiymətləndirlir və bu hal dünya birjalarında dollara tələbi daha da artırır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Ardıcıl 10-cu də həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 105.66 bənd səviyyəsində tamamlayıb.
Ötən həftəyə artım tendensiyası ilə başlayan XAUUSD (GOLD) dollara tələbin artması səbəbi ilə həftənin sonuna doğru yenidən ucuzlaşdı. Lakin, 1914$ həddindən dəstək tapan qiymətli metal ötən həftənin son günü bir qədər bahalaşdı və həftəni 1924$ səviyyəsində tamaladı.
25 sentyabr tarixindən başlayan xəbər təqvimində Amerikada ÜDM-in həcmi, şəxsi xərclərə və gəlirlərə dair statistik göstəricilər, "Conference Board" İstehlakçıların Güvən İndeksi səviyyəsi və məşğulluq məlumatları təqib ediləcək.
EUR
FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda ardıcıl 10-cu həftəni də enişlə tamamlayan EURUSD məzənnəsi 1.0615 hədlərinə kimi ucuzlaşıb. Lakin, buradan qiymətə dəstək verən "Buğalar" məzənnəni 1.0640 hədlərinin üəzrinə qaytardı və həftəni burada başa vurdu. Amma, "Ayılar" qiyməti 1.07$ səviyyəsinin altında saxladığı müddətcə, eniş tendensiyası daha da dərinləşə bilər. 
Bu həftə bütün diqqətlər Avrozona və Almaniyada İstehlak Qiymətləri İndeksi (CPİ) göstəricilərinə yönəlib.
Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.
Bu gün və cari həftənin cümə günü Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı zamanı faiz artımından sonra monetar siyasətin gələcəyinə dair verəcəyi mesajlar və Avrozonada İstehlak Qiymətləri İndeksi valyuta bazarlarında volatilliyi artıra bilər.
GBP
Eniş tendensiyasını 11-ci həftəyə daşıyan GBPUSD məzənnəsi cümə günü 1.2230 həddlərinə qədər gerilədi və həftəlik şamı 1.2240 səviyyəsində bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan və Almaniyadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərədə ümumdaxili məhsulun həcmi kimi önəmli iqtisadi rəqəmlər təsir edə bilər. 
Bu həftə ərzində Almaniyada CPİ və "İfo" Biznes Mühiti İndeksi, Avrozonada, eləcə də İngiltərədə İstehlak Qiymətləri İndeksi, Amerikada "Conference Board" İstehlakçıların İnam İndeksi, işsizlik müavinatı üçün müraciətlərin sayı, təkrar məzil bazarlarında satışların həcmi kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 25 sentyabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin