Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətÇərşənbə axşamı günü səhər Almaniyada statistik göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0933, 1.2800 və 147.890 səviyyələrində ticarət olunurlar. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə) 103.14 səviyyəsində qərarlaşıb.
Dünən səhər beynəlxalq birjalarda "Brent" markalı neftin bir barrelinin qiyməti avqustun 2-dən bəri ilk dəfə olaraq 80$ həddini ötüb. Hal-hazırda isə "qara qızıl" 82.30$ səviyyəsində ticarət olunur.
Çərşənbə axşamı səhər qızılın qiyməti ABŞ dövlət istiqrazlarının gəlirliliyindəki cüzi artımla bir qədər azalıb. Lakin, dəyərli metalın bir troy unsiyası üçün fyuçers qiyməti 2500$ səviyyəsinin üzərində qalmaqda davam edir. Nyu-Yorkun "Comex" birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 3.9$ və ya 0.16% ucuzlaşaraq 2500.1$ olub. Qeyd etmək lazımdır ki, qızılın spot qiyməti bugün 2477$ test edib, lakin, bir qədər ucuzlaşaraq 2463$ həddində qərarlaşıb.
Bugün Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (Zentrum fuer Europaeische Wirtschaftsforschung, ZEW) Almaniya iqtisadiyyatına investorların inamı ilə bağlı hesabatı dərc olunacaq. Analitiklər indeksin 41.8 bənd səviyyəsindən 38 bənd səviyyəsinə qədər enəcəyini proqnoz edirlər.
Həmçinin Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəricisi investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir.
Məluat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 13 avqust 2024

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat


iqtisadi xeberler birbank dollar manat kursu dollarin kursu bu gun investisiya