Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da İstehlak Qiymətləri İndeksinin ardınca dünən dərc olunan İstehsal Qiymətləri İndeksi göstəricilərindən sonra dollar indeksi psixoloji hədd hesab edilən 100 bənd səviyyəsini aşağıya doğru qırdı.
ABŞ Əmək Nazirliyinin dünən açıqladığı məlumatlara görə, İstehsal Qiymətləri İndeksi iyun ayında aylıq və illik müqayisədə 0.1%-lik artımla proqnozların altında qaldı. Ölkədə istehsal inflyasiyasiyasında illik əsasda 2020-ci ildəki deflyasiyadan bəri ən aşağı səviyyə qeydə alınıb.
Analitiklər bildiriblər ki, istehsalçı qiymətləri ilə bağlı məlumatlar ABŞ-da inflyasiyanın aşağı düşdüyünə dair əlavə sübutlar yaradır və ABŞ Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasətini sərtləşdirməyə tezliklə son qoyacağına dair ehtimalları artırıb.
Fed rəsmilərinin açıqlamaları təqib olunmağa davam edərkən, San Fransisko FED sədri Meri Deyli ölkədə yüksək inflyasiyanın qarşısını almaq üçün faiz artımının zəruri olacağını bir daha vurğulayıb. Qeyd edək ki, sədr. M.Deyli daha əvvəl bu il əlavə iki faiz artımına ehtiyac duyulacağına inandığını bildirib.
Analitiklər, ABŞ-ın ən böyük banklarından biri olan "JP Morgan", "Wells Fargo" və "Citigroup"-un bu gün açıqlanacaq ikinci rüb balans hesabatlarının bazarların diqqət mərkəzində olacağını bildiriblər.
Son iki ilin minimumlarına düşən inflyasiya rəqəmlərindən sonra kəskin dəyər itirən dollar indeksi psixoloji hədd hesab edilən 100 bənd səviyyəsini aşağıya doğru qırıb. Hazırda 99.65 bənd hədlərində qərarlaşan DXY-da qiymət 100.00 bənd səviyyəsinin altında qaldığı müddətcə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları