Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da dərc olunacaq NFP və İşsizlik Səviyyəsi xəbərləri ərəfəsində cümə günü səhər saatlarında dollar major valyutalar qarşısında ucuzlaşır. EURUSD valyuta cütlüyü ötən gün 1.0777 səviyyəsini test etmiş olsa da, bugün səhər 1.0797 səviyyəsinə qədər yüksəlib. USDJPY valyuta cütlüyündə isə eniş tendensiyası davam edir və məzənnə 149.340 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.12% zəifləyərək 104.29 bənd təşkil edib.
Bugün Amerikada iyul ayı üzrə işsizlik ilə bağlı statistika açıqlanacaq. Analitiklər ölkədə İşsizlik Səviyyəsinin iyun ayında olduğu kimi, 4.1% səviyyəsində qalacağını, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin isə iyun ayı ilə müqayisədə 206 mindən 175 minə qədər azaldığını proqnozlaşdırırlar.
Həftənin əvvəlindən bəri Yapon yeni dollar qarşısında nəzərəçarpacaq dərəcədə möhkəmlənib - 2.8%, bu da, aprel ayından bəri ən güclü həftəlik artım oldu. Çərşənbə günü Yaponiya Bankı uçot faiz dərəcəsini 0-0.1%-dən 0.25%-ə qədər qaldırdı və bu ilin əvvəlindən bəri ikinci artımdır. Xatırlamaq lazımdır ki, iyulun əvvəlində USDJPY cütlüyü 160.000 səviyyəsinin üzərində idi.
Avropanın əsas fond indeksləri davam edən hesabat mövsümü və İngiltərə Bankının dərc etdiyi qərarları fonunda cümə axşamı günü 1-2%-lik geriləmə ilə bağladı. Günün sonunda Britaniyanın "FTSE 100" indeksi 1.01% zəifləyərək 8283.36 bənd, Fransanın "CAC 40" indeksi 2.14% geriləyərək 7370.45 bənd, Almaniyanın "DAX" indeksi isə 2.3% azalaraq 18083 bənd təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları