Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞDolların təzyiq altında qalmağa davam etməsi fonunda qızıl yeni maksimumlara yüksəlir.
Belə ki, dəyərli metal ötən gün 3686$-dan 3748$-a qədər yüksəlib. Bu gün isə 3759$-a kimi artım sərgiləyən qızıl tarixi maksimum həddini yenilədi. EUR/USD valyuta cütlüyü bazar ertəsi 1.17260 səviyyəsindən bahalaşmağa başlayıb və bu gün səhər saatlarında 1.18200 səviyyəsinədək yüksəlib.

İraqdan tədarüklərin artacağı barədə xəbərlərin nəticəsində neftin qiyməti eniş tendensiyasını davam etdirir. "Brent" markalı neftin bir barel üçün qiyməti 65.95$-a qədər geriləyib. Bağdad Kürdüstanın regional hökuməti ilə razılıq əldə edib və bu bölgədən neft tədarüklərinin tezliklə bərpa olunacağı gözlənilir. Bu, gündə təxminən 230 min barel neftin bazara qayıtmasına imkan verəcək.
Kürdüstandan tədarüklər neftin ixrac mexanizmləri və gəlirlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları səbəbilə iki ildən artıqdır ki, dayandırılmışdı. Bundan əvvəl bildirilmişdi ki, İraq avqust ayında "OPEC+" sazişi çərçivəsində neft ixracını gündə orta hesabla 3.38 milyon barelədək artırıb. İraqın dövlət neft satış şirkəti "SOMO" isə sentyabr ayında tədarüklərin 3.4–3.45 milyon barelədək yüksələcəyini proqnoz edir.
Neft qiymətlərinə müəyyən dəstəyi Yaxın Şərqdə gərginliyin eskalasiya riski (bir sıra Avropa ölkələrinin Fələstin dövlətini tanımasından sonra), həmçinin Rusiya neftinin tədarükünə qarşı sanksiyaların sərtləşdiriləcəyi ehtimalları göstərə bilər.
Həmçinin, investorlar ABŞ-da inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyindəki üzvlərin açıqlamalarını qiymətləndiriblər. FED İdarə Heyətinin üzvü Stiven Miran hesab edir ki, ABŞ-da əsas faiz dərəcəsi həddindən artıq yüksəkdir və ölkənin əmək bazarını qorumaq üçün onu azaltmaq lazımdır.
Ötən həftə ABŞ mərkəzi bankı proqnoz olunduğu kimi uçot faiz dərəcəsini 25 baza bəndi endirib. Miran isə bu qərara qarşı səs verən yeganə Federal Açıq Bazar Komitəsi (FOMC) üzvü olub – o, göstəricinin dərhal 50 baza bəndi azaldılmasını dəstəkləyib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın tərəfdarı olan Miran sentyabr iclasından az əvvəl FED rəhbərliyinə daxil edilib.
Sent-Luis Federal Ehtiyatlar Bankının rəhbəri Alberto Musalem və Atlanta FED rəhbəri Rafael Bostik isə ötən həftə faiz dərəcəsinin 25 baza bəndi azaldılmasını haqlı addım hesab etdiklərini bildiriblər. Onların sözlərinə görə, inflyasiyanın hədəflənən 2%-ə endirilməsi FED üçün prioritet olaraq qalır.
ABŞ fond bazarı bazar ertəsi ticarət sessiyasını artımla başa vurub, üç əsas indeks tarixi maksimumlarını yeniləyib. 
"Apple Inc."-ın səhmləri 4.3% bahalaşıb. Verilən məlumatlara əsasən, şirkət ötən həftəsonu böyük həcmdə ilkin sifarişlər fonunda azı iki təchizatçıdan yeni "iPhone 17"-nin əsas versiyasının istehsalını 30% və ya daha çox artırmağı xahiş edib.
"Nvidia Corp."-un səhmləri 3.9% yüksəlib. Amerikanın çip istehsalçısı süni intellekt çat-botu "ChatGPT"-nin yaradıcısı "OpenAI" ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, "Nvidia" "OpenAI"-nin növbəti nəsil AI infrastruktur sistemlərinin qurulmasına, o cümlədən ən azı 10 QVt ümumi enerji sərfiyyatına malik avadanlıqların yerləşdirilməsinə, 100 milyard dollara qədər sərmayə yatıracaq.
"Oracle Corp."-un kapitallaşması 6.3% artıb. Amerikan şirkəti bildirib ki, Safra Katz şirkətin Direktorlar Şurası sədrinin icraçı müavini vəzifəsinə keçəcək, onun yerinə isə Kley Makvayer və Mayk Siciliya baş icraçı direktorlar təyin olunacaq.
Bu gün investorların diqqət mərkəzində ABŞ prezidenti Donald Tramp və Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelin çıxışları olacaq. Həmçinin, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat - İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 24 sentyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti