Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
®Rabitəbank 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub. Belə ki, yanvar-mart ayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıraraq 1 milyard 80 milyon manata çatdırıb.
Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13% artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14% artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6% artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35% artaraq 141 milyon 773 min manat olub.
2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın faiz gəlirləri 31% artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29% artataq 13 milyon 667 min manat təşkil edib.
2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24% artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39% artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2% artaraq 228 milyon 741 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 11% artaraq 115 milyon 796 min manat təşkil edib.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt