Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb®Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. Belə ki, müvafiq dövrü Rabitəbank 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub. 
Ötən ilin cari dövrü ilə müqayisədə Bankın aktivləri 10.9 % artaraq 1 milyard 198 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.8 % artıb. Nəticədə ümumi kredit portfeli 873 milyon 971 min manata yüksəlib. 
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22.3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23.7% artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri isə 17.5% artaraq 166 milyon 651 min manata çatıb. 
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4.2 % artaraq 469 milyon 485 min manata çatıb.
FAİZ GƏLİRLƏRİ YÜKSƏLİB
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.7 % artaraq 31 milyon 137 min manata çatıb. 
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% artaraq 122 milyon 605 min manat olub.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 15 aprel 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar məzənnəsi bank faizleri biznes qurmaq bu gunun xeberleri