Rabitəbank Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinə başlayır

Rabitəbank Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinə başlayır®Rabitəbank müştərilərin alternativ maliyyə ehtiyaclarının qarşılanması, maliyyə inklüzivliyinin genişləndirilməsi və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində mühüm addım atır. Bank 1 Fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba (islami qayda ilə yerləşdirmə) və Murabaha (islami qayda ilə cəlbetmə) məhsullarını xüsusi tənzimləmə rejimi çərçivəsində təqdim edəcək.
Mudaraba məhsulu üzrə cəlb ediləcək vəsaitlərin minimum məbləği 500 AZN və ya onun ekvivalenti, maksimum məbləği isə 500.000 AZN və ya onun ekvivalenti təşkil edir. Depozitin müddəti 12 aya qədər müəyyən edilir və bu məhsul üzrə maksimum 1000 nəfər sərmayəçinin iştirakı nəzərdə tutulur. Bu məhsuldan həm sahibkarlar və həm də fiziki şəxslər yararlana bilər. Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunacaq və əldə edilən gəlirdən sərmayəçilərin payı təmin ediləcək.
Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim edilir. Bu məhsul üzrə kredit məbləği minimum 30.000 AZN, maksimum isə 500.000 AZN və ya onun ekvivalenti səviyyəsində müəyyən edilib. Kredit müddəti maksimum 12 ay təşkil edir. Murabaha çərçivəsində şəriət qaydaları ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür və bu məhsuldan yalnız sahibkarlar yararlana biləcəklər.
Hər iki məhsuldan həm dini inanclı sahibkarlar, həm də İslam bankçılığına maraq göstərən digər müştərilər yararlana bilərlər. Məhsullar üzərində nəzarət həm Azərbaycan Respublikasının Mərkəzi Bankı, həm də Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İslam Şurası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, Rabitəbank müştərilər üçün mütəmadi olaraq müvafiq hesabatların açıqlanmasını təmin edəcək.
Mudaraba və Murabaha təşəbbüsləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçiriləcək. Bu rejim innovativ maliyyə xidmətlərinin bazara çıxarılmasına, maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının artırılmasına, eləcə də ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir. Sınaq müddətinin sonunda əldə olunan nəticələrin müsbət olması halında, bu maliyyə alətləri daimi əsaslarla tətbiq ediləcək və qeyd olunan addım ölkədə İslam bankçılığının formalaşdırılması istiqamətində mühüm mərhələ olacaq.
Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni imkanlar yaradır. Bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, bu təşəbbüs ölkədə İslam bankçılığının formalaşdırılması və alternativ maliyyə mexanizmlərinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 29 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq