Rabitəbank-dan yenilik - TAKSİT FUNKSİYALI KARTMANE KARTI

Rabitəbank-dan yenilik - TAKSİT FUNKSİYALI KARTMANE KARTI(®) Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib.
Bu yeni məhsul sərfəli şərtlərlə alış-veriş etməklə yanaşı, yüksək qənaət imkanı təklif edir.  
36 AYADƏK TAKSİT, 3 AYLIQ GÜZƏŞT MÜDDƏTİ 
Artıq müxtəlif üstün funksiyalar üçün ayrı-ayrı kartlar əldə etməyə ehtiyac yoxdur. Çünki Kartmane Taksit kartı debet, keşbek, kredit, taksit funksionallıqlarını özündə birləşdirir. 
İstər böyük məbləğli alış-verişlərdə, istərsə də, kiçik xərclərin ödənişini rahat şəkildə etmək üçün kart 36 aya qədər taksit imkanı verir. Hər ay müntəzəm olaraq müəyyən məbləğdə ödəniş ilə xərcləri rahatlıqla planlamaq mümkündür. Daha rahat alış-veriş imkanı üçün kart sahibləri 3 aylıq güzəşt müddətindən də faydalana biləcək. 
100% NAĞDLAŞDIRMA İMKANI 
Kart sahibləri kartdakı məbləği yalnız alış-verişdə deyil, həm də 100% nağdlaşdırma ilə də istifadə edə bilər. Nağdlaşdırılmış məbləği isə 24 aylıq taksitlə rahat ödəmək mümkün olacaq. Bu üstünlük ehtiyac anında maliyyə yükünü azaltmağa və ödəmələri daha planlı şəkildə etməyə kömək edəcək.
14 FƏRQLİ KATEQORİYA ÜZRƏ KEŞBEK 
Kartmane Taksit kartı ilə xərclərinizi həm sərfəli, həm qənaətli, həm də bol-bol keşbekli edəcəksiniz. Belə ki, kartdan istifadə zamanı 14 fərqli kateqoriya üzrə 10%-dək keşbek qazanacaqsınız. 
Yanacaqdoldurma məntəqələri, kinoteatrlar və daha çox kateqoriyada 10%, kafe, restoran, geyim mağazaları, gözəllik salonları, supermarketlər, ictimai nəqliyyat, taksi, çatdırılma xidmətləri 5%, digər ödənişlərdə isə 3%-dək keşbek qazanmaq mümkündür. 
ÖLKƏ XARİCİNDƏ DƏ SƏNİNLƏ
Kartmane Taksit kartı həm də yaxşı yol yoldaşıdır. Ölkə xaricindəki alış-verişlər zamanı da bir çox üstün imkanlar və keşbeklər qazandırır. Belə ki, kartla xaricdə alış-veriş edərkən, ödəniş avtomatik olaraq müvafiq valyutaya çevrilir. Bu da əlavə valyuta mübadiləsi xərclərini azaldaraq daha sərfəli edir.
Kartmane Taksit Kartı qazandıracağı keşbeklər, taksit imkanları və nağdlaşdırma funksiyaları ilə daha sərfəli, qənaətli və rahat bir alış-veriş təcrübəsi üçün sizi gözləyir. Kartı əldə etmək istəyənlər, Rabitəbankın filiallarına yaxınlaşaraq və ya linkə keçid edərək rəsmi sayt üzərindən onlayn müraciət edə bilərlər. 
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / marja.az

Banklar     Tarix: 09 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi