"Rabitəbank" ilk yarımildə 100.4 mln. manat cəmi gəlir əldə edib
"Rabitəbank" ASC 2026-cı ilin ilk yarısını 5,6 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,0% azdır.
Banker.az bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi gəlirləri 100,4 milyon manata çataraq illik müqayisədə 18,1% artıb. Cəmi xərclər isə 94,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21,7% çoxdur.
2026-cı il iyulun 1-nə "Rabitəbank"ın cəmi aktivləri 1 milyard 398,5 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 0,3% azdır. Aktivlərin əsas hissəsini təşkil edən xalis kredit portfeli 965,4 milyon manata yüksələrək 4,8% artıb və ümumi aktivlərin 69,0%-ni təşkil edib. Ümumi kredit portfeli isə 995,1 milyon manata çataraq 5,7% genişlənib.
Portfel strukturunda biznes kreditləri 4,3% artaraq 436,2 milyon manata yüksələrək ən böyük payı qoruyub. İstehlak kreditləri 6,8% artaraq 360,7 milyon manata, ipoteka kreditləri isə 7% artaraq 198,1 milyon manata çatıb.
"Rabitəbank"ın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 0,8% azalaraq 1 milyard 260,8 milyon manat təşkil edib. Depozit portfeli 4,3% azalaraq 840,7 milyon manata enib. Fiziki şəxslərin depozitləri 1,9%, hüquqi şəxslərin depozitləri isə 10,3% azalıb.
Bunun əvəzində kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 16,7% artaraq 377,3 milyon manata yüksəlib. Bankın kapitalı 4,7% artaraq 137,7 milyon manata, bölüşdürülməmiş mənfəəti isə 35,2% artaraq 21,5 milyon manata çatıb.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları