Rabitəbank-ın rəhbərliyi "Money20/20" tədbirində iştirak edir
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov, İdarə Heyəti sədrinin müavini Ramil Nasibov və Baş direktoru Ziya Nuriyev Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən "Money20/20" tədbirində iştirak edir.
Minlərlə sənaye mütəxəssisinin qatıldığı yarmarka bankçılıq, ödənişlər, "fintech" startapları və elektron pul sektorlarından əsas maraqlı tərəfləri bir yerə toplayıb.
Sənaye liderlərinin, innovatorların və startapların bir araya gəldiyi tədbir şəbəkələşmə, bilik mübadiləsi və maliyyə dünyasında ən son tendensiyaları və gələcək inkişafları müzakirə etmək üçün mühüm platformadır. Sərgi sənaye liderlərinin potensial tərəfdaşlar, investorlarla əlaqə saxlamaq və onların ideyaları ilə bağlı rəy alması üçün imkanlar yaradır.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
/ marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?