Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalay

Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalay®16–19 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda (PSF 2026) Rabitəbank üçün mühüm əhəmiyyət kəsb edən növbəti beynəlxalq əməkdaşlıq razılaşması əldə olunub.
Forum çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Rabitəbank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə razılaşması imzalanıb. Yeni maliyyələşmə xətti Azərbaycanın real sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ticarət əməliyyatlarının maliyyələşdirilməsinə, bizneslərin dövriyyə kapitalına çıxış imkanlarının genişləndirilməsinə və alternativ maliyyə həllərinin inkişafına dəstək verəcək.
Forumun "Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi" adlı panel müzakirəsində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov spiker qismində çıxış edərək Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, alternativ ticarət maliyyələşdirmə alətlərinin yaratdığı imkanlar və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşüb.
Aydın Hüseynov bildirib ki, Rabitəbank İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa 2023-cü ildən başlayıb və həmin il ITFC ilə ilk 10 milyon ABŞ dolları məbləğində saziş imzalanıb. Daha sonra 2024-cü ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə növbəti əməkdaşlıq razılaşması əldə olunub. Bu tərəfdaşlıqlar bankın İslam maliyyəsi məhsullarının hazırlanması və bazara təqdim olunması istiqamətində mühüm təcrübə qazanmasına şərait yaradıb.
Çıxışında İslam maliyyəsinin yalnız dini prinsiplərə üstünlük verən sahibkarlar üçün deyil, bütün biznes subyektləri üçün alternativ maliyyələşdirmə aləti olduğunu vurğulayan Aydın Hüseynov qeyd edib ki, bu sahə xüsusilə KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni beynəlxalq kapital mənbələrinin cəlb olunması və sərhədlərarası ticarətin inkişafı baxımından böyük potensiala malikdir.
O, həmçinin vurğulayıb ki, İslam maliyyəsinin inkişafı istiqamətində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi Rəqəmsal Tənzimləyici "Sandbox" mexanizmi innovativ maliyyə məhsullarının tətbiqinə əlverişli şərait yaradıb. Məhz bu platforma vasitəsilə Rabitəbank cari ilin Fevral ayından etibarən Murabaha və Mudaraba məhsullarının satışına başlayıb. Hazırda Rabitəbank Azərbaycanda Murabaha və Mudaraba məhsullarını birlikdə təqdim edən ilk və yeganə bankdır.
Qeyd edək ki, Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirərək ölkədə alternativ maliyyə həllərinin inkişafına, sahibkarlığın maliyyələşdirilməsinə və Azərbaycan biznesinin beynəlxalq ticarət imkanlarının artırılmasına töhfə verməyə davam edir. Bank ölkənin aparıcı kommersiya banklarından biri olaraq fərdi və korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Bank innovativ həllər, beynəlxalq tərəfdaşlıqlar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq müştərilərinə müasir bankçılıq xidmətləri göstərir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat Bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayRabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalay/ banker.az

Banklar     Tarix: 18 iyun 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne leobank kart biznes ideyalari