Rabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

Rabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib®"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müqəddəs Qurban bayramı münasibətilə Qarabağ bölgəsində yaşayan şəhid və qazi ailələri üçün sosial dəstək aksiyası həyata keçirib.
Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində Bank tərəfindən həyata keçirilən sosial dəstək aksiyası ilə Şuşa, Xankəndi şəhərləri və Xocalı rayonunda yaşayan 100-dən çox şəhid və qazi ailəsi əhatə olunub. Qurban bayramı münasibətilə ailələr ziyarət edilib, onlara Qurban payları paylanıb.
Qarabağ bölgəsində həyata keçirilən bu aksiya həm də bayram günlərində birlik və paylaşma ənənələrinin yaşadılması, şəhid və qazi ailələrinin yanında olunduğunun hiss etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bank nümayəndələri tərəfindən ailələrlə səmimi görüşlər keçirilib, onların gündəlik qayğıları dinlənilib və bayram münasibətilə xoş arzular çatdırılıb.
Qeyd edək ki, "Rabitəbank" ASC sosial məsuliyyət strategiyası çərçivəsində mütəmadi olaraq şəhid ailələri, qazilər, həssas sosial qruplar və regionlarda yaşayan vətəndaşlara dəstək yönümlü layihələr həyata keçirir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edibRabitəbank Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib/ banker.az

Banklar     Tarix: 27 may 2026

Oxşar xəbərlər

Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi qaydalarını dəyişib

Azərbaycanda bankların sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları, eləcə də bank kapitalının və kapital adekvatlığının hesablanması qaydaları dəyişdirilib. xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətl

FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək

"2026-cı il şirkət üçün mühüm transformasiya mərhələsi ilə başlayıb. Fevral ayında bir il davam edən CBS layihəsinin (Core Banking System - Əsas Bank Proqramı, təşkilatın əsas kredit və maliyyə əməliyyatlarını idar

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib. Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dollar

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd


iqtisadi xeberler dollar kursu biznes xeberleri emlak xeberleri investisiya