"Rabitəbank"a yeni təyinat olub
"Rabitəbank" ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb etdi.
Banker.az-ın məlumatına görə, Elşən Abdullayev Akif oğlu bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Ümumilikdə bank sahəsində 16 ildən artıq təcrübəyə malik olan A. Elşən, uzun illər "Accessbank"-da müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ildən etibarən fərqli regionlarda filial müdiri kimi fəaliyyət göstərmişdir.
2018-ci ildə "Bank Respublika" ASC-nin Sumqayıt filialının direktoru vəzifəsinə qəbul edilib, daha sonra 2021-ci ildə həmin filialın direktoru – KOS kreditləri üzrə regional direktor olaraq çalışmışdır. Elşən Abdullayev 2022-ci ildə "TuranBank" ASC-nin Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Elşən Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili almışdır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy
Expressbank Bərdədə 300 ağac əkib
Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti
Kino biletləri də ABB mobile tətbiqində
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard