Rabitəbankdan ölkədə ilk
®Uşaqlar üçün maliyyə üzrə mobil tətbiq: Rabita Junior
Müasir dövrdə maliyyə savadlılığı yalnız böyüklər üçün deyil, uşaqlar üçün də vacib bacarıqdır. Rabitəbank bu yanaşmanı rəhbər tutaraq ölkəmizdə ilk dəfə olaraq 7–17 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş innovativ maliyyə mobil tətbiqi- Rabita Junior-u istifadəyə verdi.
Rabita Junior sadəcə bir mobil tətbiq deyil. Bu, uşaqların maliyyə ilə ilk tanışlığını düzgün, məsuliyyətli və şüurlu şəkildə qurmaq üçün hazırlanmış, gələcək nəsillərin daha savadlı, planlı fərdlər kimi formalaşmasına xidmət edən müasir texnoloji platformadır. Tətbiq valideynlərə övladlarının maliyyə davranışlarını təhlükəsiz və rahat şəkildə izləməyə, xərclərini idarə etməyə və onlara düzgün maliyyə vərdişləri qazandırmağa imkan yaradır.
Tətbiq Kartmane Junior kartı ilə birlikdə təqdim olunur və uşaqlara büdcə idarəsini öyrətmək üçün real imkanlar təqdim edir. Bu, həm də onların müstəqillik hissini gücləndirən və öz maliyyə qərarlarını formalaşdırmağa təşviq edən bir addımdır.
Tətbiqin əsas üstünlükləri:
Valideyn tərəfindən xərclər üzrə gündəlik və aylıq limitlərin təyin olunması;
Kartın valideyn tərəfindən istənilən vaxt bloklanması və bütün əməliyyatlara real vaxtda nəzarət;
Uşaqların ödəniş etdikcə keşbek qazanması, pul yığması və tapşırıqları yerinə yetirərək mükafat alması;
Əyləncəli obrazlarla maliyyə savadlılığının oyun formatında inkişafı;
EU/AZN/USD valyutalarında istifadənin mümkünlüyü;
Statistika bölməsində xərclərin rahatlıqla təhlili;
Ödənişsiz standart kart və Rabita Mobile tətbiqi üzərindən cəmi bir neçə dəqiqəyə sifariş imkanı.
Rabita Junior ilə Rabitəbank bir daha göstərir ki, texnoloji yenilik yalnız rahatlıq yaratmaq üçün deyil, həm də cəmiyyətə fayda vermək, maarifləndirmək və gələcəyi formalaşdırmaq üçün mükəmməl vasitədir. Bu təşəbbüs gələcək nəsillərin maliyyə baxımından daha savadlı və məsuliyyətli yetişməsinə verilən dəyərin göstəricisidir.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?