Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
®15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin "Yaşıl" istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Belə ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazlar üzrə məlumatlar:
Dövlət qeydiyyat nömrəsi – İSİN
İstiqrazların növü və forması
İstiqrazların sayı
Nominal Dəyəri
İllik faiz dərəcəsi
Ödəmə periodu
Hərrac tarixi
Tədavül
müddəti
AZ2005003556
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
100 000
(ədəd)
100 manat
9.5%
Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)
15.05.2024
2 il
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin hesabatlılığı" () bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" () bölməsində yerləşdirilib. / banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Türk İnkişaf Bankı yaradıla bilər
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Layihə menecmenti nədir?
Az pulla hansı işi qurmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Necə Bitcoin almaq olar?