Rabitəbankın "Mobil POS" xidməti ilə POS terminal cibinizdə

Rabitəbankın (®) Müştərilərinin rahatlığı üçün hər zaman innovativ həllər təqdim edən Rabitəbank həm hüquqi şəxslərə, həm də fərdi sahibkarlara mobil telefonlarından POS terminal kimi istifadə imkanı verir.
"Mobil POS" ənənəvi POS terminalı əvəz edərək, "Android" mobil cihazlarından təmassız ödənişləri qəbul edən unikal xidmətdir.  Belə ki, "Mobil POS" ödəmə həlli sayəsində sahibkarlar alış-veriş zamanı ödənişləri müştərilərdən NFC-ni dəstəkləyən cihazlarla - mobil telefon, smart saat, fitnes qolbaq və ya digər cihazlarla nağdsız qəbul edə bilərlər. 
Xidmətin əsas üstünlükləri: 
Nağdsız ödənişlərin istənilən yerdə və zamanda mobil telefon vasitəsilə qəbul edilməsi;
Elektron pul kisəsi ilə icra olunan ödənişlərin sürətli şəkildə qəbul edilməsi; 
Əlavə cihaza ehtiyacın qalmaması; 
Bu xidmətlə icra olunan əməliyyatların "Visa"nın təhlükəsizlik tələblərinə cavab verərək, etibarlı şəkildə qorunması.
"Mobil POS" ilə cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS terminaldan fərqli olaraq "Mobil POS"a qoşulmaq üçün depozit məbləği və xidmət haqqı tələb olunmur.
Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi "Mobil POS" mobillik və çevikliyə ehtiyacı olan sahibkarlar üçün ənənəvi POS terminallara əla alternativdir. "Mobil POS" xidmətinə qoşulmaq üçün müştərin lazım olan sənədləri banka təqdim etməsi və "tapXphone" və "Rabita Business" proqramlarını yükləməsi kifayətdir. Xidmət haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar:  
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 14 mart 2024

Oxşar xəbərlər

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler bitcoin qiymeti bank faizleri online pul qazanmaq leobank kart