Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub"Rabitəbank" ASC-nin səhmdarların ümumi yığıncağının qərarına əsasən, Rəşad Abasov və Zaur Baxşəliyev Müşahidə Şurasına üzv təyin ediliblər. Bu barədə Banker.az-a Bankdan məlumat daxil olub.
Rəşad Abasov 2004-2012-ci illərdə Rabitəbankın "Daxili Audit" bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə "Daxili audit" departamentinin direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildən hal-hazıradək Rabitəbankda Audit Komitəsinin sədri vəzifəsində çalışır.

R.Abasov Azərbaycan Dövlət Neft Akademiyasının "Mühəndis iqtisadiyyatı və idarə etməsi" fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və Kredit" ixtisası üzrə təhsil alıb.
Zaur Baxşəliyev 15 ildən çox daxili audit sahəsində təcrübəyə malikdir. O, peşəkar əmək fəaliyyətinə "Bank of Azerbaijan" ASC-nin audit köməkçisi kimi başlayıb və daha sonra "Garant Holding" MMC-də və "Aqrar Tədarük və Təchizat" ASC-də audit bölməsi üzrə rəhbər vəzifələrinə kimi yüksəlib. 2015-2017-ci illərdə "Rabitəbank" ASC-nin Daxili audit departamentinin baş auditoru və şöbə rəisi olaraq çalışıb. 2019-2024-cü illərdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeli strukturu olan "ADY Ekspress" MMC-nin Daxili audit xidmətinin rəhbəri olaraq çalışır. Z.Baxşəliyev 2024-cü ilin fevral ayından etibarən Rabitəbankda Audit Komitəsinin müstəqil üzvü kimi də fəaliyyət göstərir.
Z.Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr pillələrində təhsil alıb.
Qeyd edək ki R.Abasov və Z.Baxşəliyev, həmçinin Rabitəbankda Korporativ idarəetmə və Risklərin idarəetməsi komitələrinin üzvü kimi də fəaliyyət göstərəcəklər.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Banklar     Tarix: 16 may 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari