Rəqəmsal marketinq üzrə tanınmış ekspert kitab yazıb - İMZA GÜNÜ KEÇİRİLDİ
İri banklarda və şirkətlərdə marketinq meneceri vəzifəsində, rəqəmsal marketinq, sosial media, dizayn və brendinq istiqamətlərində ixtisaslaşmış agentliyin direktoru çalışmış Aysel Cəbrayılova öz təcrübəsini qələmə alıb.
Marja xəbər verir ki, rəqəmsal marketinq və kommunikasiya üzrə tanınmış ekspert olan Aysel Cəbrayılovanın "Rəqəmsal Dünyada Qazandıran Yol Xəritəsi" kitabı işıq üzü görüb.
19 Oktyabr 2022-ci il tarixində Libraff-ın "Park Akademiya" filialınada kitabın təqdimatı və İmza günü keçirilib. Tədbirdə müəllifin dostları, marketinq, ictimaiyyətlə əlaqələr və media sahəsinin tanınmış simaları iştirak ediblər.
Kitabda biznesin inkişafı üçün rəqəmsal platformalardan uğurlu istifadə yolları ilə tanış ola bilərsiniz. Müəllif İnternetdə, o cümlədən sosial mediada brendin uğurlu tanıdılmasının, Google, Youtube, Facebook, İnstagram, Twitter və Linkedin platformalarında post paylaşılmasının və reklam verilməsinin sirlərini açıqlayıb. "Rəqəmsal Dünyada Qazandıran Yol Xəritəsi" kitabı marketoloqların, şirkətlərin reklam işlərinə cavabdeh olan şəxslərin stolüstü kitabı olmağa namizəddir. Aysel Cəbrayılova kitabında rəqəmsal reklam kampaniyalarının planlaşdırılması üzrə dəyərli məlumatlar verir.
İmza günündə qonaqlar, o cümlədən Marja.az Aysel Cəbrayılovanın kitabını öz imzası ilə əldə edib.
Kitabı LIBRAFF.az saytından 20% endirimlə əldə etmək mümkündür.


"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Start-up nədir?