Rublun daha da ucuzlaşacağı, 1 dolların 100 rublu keçəcəyi gözlənilir

Rublun daha da ucuzlaşacağı, 1 dolların 100 rublu keçəcəyi gözlənilir2023-cü ilin sonuna qədər 1 ABŞ dolları 100 rubldan yuxarı qalxa bilər. Dolların 120 rubla yüksəlməsi isə yalnız qlobal maliyyə böhranı zamanı mümkündür.
Marja.az xəbər verir ki, bunu rusiyalı analitiklər hesab edirlər.
"Mövcud şəraitdə dolların məzənnəsinin 120 rubla yüksəlməsi mümkün görünmür və rublun belə əhəmiyyətli dərəcədə zəifləməsi müəyyən risklərin reallaşmasını tələb edir. İlk növbədə, inkişaf etmiş ölkələrdə tam maliyyə böhranı başlamalıdır. İndiyə qədər bazarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini bu il artırmaq ehtimalı cəmi 14% təşkil edir. Bununla belə, ABŞ əmək bazarı gözləniləndən daha yüksək səviyyədə qala bilər",- "Bank Sankt-Peterburq"un Maliyyə Bazarlarında Əməliyyatlar Departamentinin baş analitiki Viktor Qriqoryev deyir.
Bu baxımdan, ABŞ tənzimləyicisi gələn həftə keçiriləcək yığıncağından sonra pul siyasətinin sərtləşdirilməsi tsiklini davam etdirsə, bu da bank sektorunda yeni problemləri üzə çıxara və öz növbəsində resessiyaya gətirib çıxara bilər.  Qriqoryev qeyd edib ki, bu halda dünya əmtəə bazarında qiymətlər aşağı düşəcək ki, bu da Rusiya ixracının azalmasına, rubla təzyiqin artmasına səbəb olacaq.
"Bununla belə, belə bir ssenarinin baş vermə ehtimalı hələ də aşağıdır - bir sıra ölkələrdə iqtisadi artımın ləngiməsi gözlənilir, lakin bu, tam miqyaslı tənəzzülün başlanması demək deyil",- o əlavə edib.
"Baza proqnoza görə, məzənnə ilin sonuna kimi zəifləyəcək,onun dəyəri Yeni il qabağı bir ABŞ dolları üçün 100 rublu bir qədər keçəcək. Payızda rublun daha çox ucuzlaşması üçün xarici vəziyyətin kəskin pisləşməsi (ixracın azalması) lazımdır", - "Ingosstrakh Investments"in baş makroiqtisadçısı Anton Prokudin deyib.
O, əlavə edib ki, payızda əmtəə qiymətlərinin, o cümlədən neft və qaz qiymətlərinin kəskin düşəcəyi gözlənilmir.
Cümə axşamı, "Alfa-Investments" Teleqram kanalında bir dolları 80-120 rubl diapazonunda qiymətləndirib. Qeyd edilib ki, Rusiya valyutasının zəifləməsi riskləri hələ də qalmaqdadır - məzənnə həm geosiyasətə, həm də neft hasilatına qoyulan məhdudiyyətlərə reaksiya verəcək.
Qeyd edək ki, hazırda 1 dolların qiyməti 90 rubldan yüksəkdir.

Maliyyə     Tarix: 21 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq