Rusiya Azərbaycan və Gürcüstandan elektrik enerjisinin idxalını xahiş edib
Rusiya Azərbaycan və Gürcüstana fövqəladə vəziyyət zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxalının mümkünlüyü barədə sorğu göndərib.
Rusiyanın "İnter" enerji şirkətinin idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.
"Biz iki ölkəyə müraciət etmişik. Azərbaycan və Gürcüstana tədarük imkanı barədə sorğu göndərmişik. Biz idxal imkanlarını nəzərdən keçiririk və qəza hallarında təchizat üçün iki qonşu enerji sisteminin imkanlarına dair sorğu göndərmişik. Əgər qəza vəziyyətləri olarsa, biz "Sistem operatoru"nun tələbi ilə Gürcüstan və Azərbaycanın 300 MVt enerji təmin etməyə hazır olmalarını istərdik", - Panina vurğulayıb.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ cavab almayıb.
© APA / marja.az
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını