Rusiya bankının Azərbaycandakı törəməsinin kredit portfeli artıb, 8,6 milyon mənfəət əldə edib

Rusiya bankının Azərbaycandakı törəməsinin kredit portfeli artıb, 8,6 milyon mənfəət əldə edibRusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 8 milyon 643 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 570 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin düşməsinə əsasən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan vəsaitin azalması səbəb olub.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB Azərbaycan"ın faiz gəlirləri 1 milyon 539 min manat və ya  8,3% artaraq 20 milyon 146 min manat təşkil edib. O cümlədə,n müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 1 milyon 57 min manat və ya 6,7% artaraq 16 milyon 846 min manat olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 5 milyon 433 min manat və ya 2 dəfə azalaraq 5 milyon 462  min manat olub. Qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbi xarici valyutadan gəlirin (məzənnə dəyişməsi daxil olmaqla) 1,8 dəfə azalaraq 3 milyon 833 min manat təşkil etməsilə əlaqədardır.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 3 milyon 894 min manat azalmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 356 min manat azalıb. Xərclər gəlirlərdən daha çox azaldığı üçün Bankın əməliyyat mənfəətində artım baş verib.
2023-cü ilin 9 ayında "Bank VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 25 milyon 608 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 24 milyon 239 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 369 min manat təşkil edib. Mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 7 milyon 274 min manat da mənfəətə əlavə olunub. Beləliklə, "Bank VTB Azərbaycan" 2023-cü ilin 9 ayını 8 milyon 643 min manat manat manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Bank VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 29 milyon 502 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 262 min manat, əməliyyat mənfəəti 1 milyon 240 min manat, ehtiyatlardan azad olan vəsait 8 milyon 330 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank VTB Azərbaycan"ın cəmi aktivləri 7 milyon 255 min manat və ya 3% azalaraq 231 milyon 238 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 24 milyon 485 min manat və ya 15,3% artaraq 184 milyon 260 min manata yüksəlib.  
ƏN ÇOX BİZNES KREDİTLƏRi PORTFELİ BÖYÜYÜB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank VTB Azərbaycan"ın istehlak kreditləri portfeli 5 milyon 413 min manat artaraq 75 milyon 846 min manata, biznes kreditləri portfeli 11 milyon 311 min manat artaraq 61 milyon 497 min manata, ipoteka kreditləri portfeli 7 milyon 761 min manat artaraq 46 milyon 917 min manata qalxıb.
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə  "Bank VTB Azərbaycan"da cəmi depozitlər 23 milyon 12 min manat azalaraq 71 milyon 839 min manata geriləyib. Bunun səbəbi hüquqi şəxslərin və fiziki şəxslərin öz vəsaitlərini hesablarından götürərək digər məqsədləri üçün istifadə etmələridir.
MƏCMU KAPİTALI 82 MİLYON MANATDAN ÇOXDUR
30 sentyabr 2023-cü il tarixində "Bank VTB Azərbaycan" 82 milyon 272 min manat məcmu kapitala malik olub. Qeyd edək ki, Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.
Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC-nin nizamnamə kapitalının 99.99%-i Rusiyanın "VTB Bank"ına məxsusdur.
Rusiya bankının Azərbaycandakı törəməsinin kredit portfeli artıb, 8,6 milyon mənfəət əldə edibRusiya bankının Azərbaycandakı törəməsinin kredit portfeli artıb, 8,6 milyon mənfəət əldə edibRusiya bankının Azərbaycandakı törəməsinin kredit portfeli artıb, 8,6 milyon mənfəət əldə edib

Banklar     Tarix: 16 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri