Rusiya kriptovalyuta mayninqi üzrə dünyada ikinci olub
"BitRiver" dünya ölkələrinin kriptovalyuta mayninqi üzrə reytinqini açıqlayıb. Rusiya (1 GVt) ilk dəfə bu reytinqdə ikinci yerə yüksəlib, lider isə yenə ABŞ (3-4 GVt) olaraq qalır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Kriptovalyuta istehsalı üzrə Top 10-luğa həmçinin Fars körfəzi ölkələri (700 MVt), Kanada (400 MVt), Malayziya (300 MVt), Argentina (135 MVt), İslandiya (120 MVt), Paraqvay (100-125 MVt), Qazaxıstan (100 MVt) və İrlandiya (90 MVt) daxil olub.
"BitRiver" ekspertləri Rusiyadakı müsbət dinamikanı Qazaxıstanda maynerlərin işinə qoyulan məhdudiyyətlər və Çində elektrik enerjisi çatışmazlığı ilə əlaqələndiriblər. ABŞ bazarında inkişaf elektrik enerjisinin qiymətinin artması, mayninq gəlirlərinin azalması və vergi güzəştlərinin aradan qaldırılması səbəbindən yavaşlayıb.
"CoinMarketCap"ın məlumatına görə, aprelin 7-də Bakı vaxtı ilə saat 05:00-da dünyanın ən böyük kriptovalyutası Bitcoin-in dəyəri bir sikkə üçün 28 000 dollardan bir qədər çox olub. Kriptovalyutanın bazar kapitallaşması təxminən 543.4 milyard dollar təşkil edir.
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"