Rusiyadan Azərbaycana sürətli pulköçürmələri üçün xidmət inkişaf etdirilir
ABB Moskva Bankı fiziki şəxslər arasında Rusiyadan Azərbaycana sürətli pulköçürmələri üçün nəzərdə tutulmuş "Granat" xidmətini ötən il fəal şəkildə inkişaf etdirib.
Marja.az xəbər verir ki, bu, ABB-nin 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"ABB Moskva Bankı 2002-ci ildə Rusiyada 100% Azərbaycan kapitalına malik ilk bank kimi yaradılıb. Bankın əsas fəaliyyət istiqamətlərinə banklararası bazarda əməliyyatların keçirilməsi, korporativ və pərakəndə müştərilərə bank xidmətlərinin göstərilməsi daxildir. 2023-cü ildə ABB Moskva Bankı bir sıra mühüm layihələr həyata keçirib. O cümlədən agentlik faktorinqi işə salınıb. Hüquqi şəxslər üçün distant bank sistemi yenilənib. "ABBFX" kredit təşkilatları üçün yeni xidmət tətbiq olunub. Rusiyanın bölgələrində bank kartının çatdırılması xidməti işə salınıb. Bundan əlavə, ABB Moskva Bankı fiziki şəxslər arasında Rusiyadan Azərbaycana sürətli pulköçürmələri üçün nəzərdə tutulmuş "Granat" xidmətini ötən il fəal şəkildə inkişaf etdirib",- Hesabatda qeyd olunub.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?