Ruslan Xəlilov: "Hazırda kripto bazarı ilə bağlı plan yoxdur"
Fundamental bazar məhsullarını dərinləşdirmədən birdən-birə rəqəmsal məhsullara keçmək çətindir.
BFB-nin sədri: "Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O, qeyd edib ki, insanların bu barədə maarifləndirmə tədbirlərinin aparılması, rəqəmsal transformasiya istiqamətində infrastrukturun qurulması tamamlanmalıdır:
"Həm də kripto bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə bizdən asılı məsələ deyil. Bazarın tənzimləyicisi olan Mərkəzi Bankın özünün dayandığı qanunvericilik var. Bu proses yuxarıdan açağıya doğru olmalıdır. Amma hətta bu tənzimləmə və digər məsələlər tam həll edilsə, bunun özü belə bazarın tam hazır olduğu demək deyil. Hazırda hələ heç səhm bazarında ikinci bazar demək olar ki, yoxdur. Səhv etmirəmsə, oktyabr ayından ikinci bazar açılacaq. O ikinci bazar yetişdikcə, səhm və istiqraz bazarı dərinləşdikcə kripto bazarı ilə də bağlı geniş formada düşünmək olar. Amma bu dəqiqə bununla bağlı plan yoxdur". (Apa)
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08