Sadə seçim: $100 000, yoxsa ali təhsil?

Sadə seçim: 0 000, yoxsa ali təhsil?2010-cu ildən bəri milyarder Piter Til məktəblilərə startaplarının inkişafı üçün böyük məbləğdə pul verir. Vacib şərt: məzun universitetdə təhsil almaqdan imtina etməlidir. Hər il layihə getdikcə populyarlaşır, çünki ali təhsil aktuallığını itirməkdədir.
2010-cu ildə uğurlu sahibkar, milyarder, "Facebook"un ilk investorlarından biri və "PayPal"ın həmtəsisçisi Piter Til oxumaq əvəzinə öz biznesini qurmağa hazır olan məktəb məzunlarına 100 000 dollar paylamaq qərarına gəldi. Bu, əsl qalmaqala səbəb oldu. Tilin özü Stenford Universitetində iki dərəcəyə sahib olduğundan, o, dərhal ikiüzlülükdə ittiham edildi. Keçmiş tərəfdaşlar dəhşətə gəldilər: insanları bilik əldə etməkdən necə çəkindirmək olar axı?

Buna baxmayaraq, layihə uğurlu oldu və hələ də davam edir. 14 il ərzində, demək olar ki, 300 nəfər artıq Til tərəfindən təklif olunan məbləği aldı və bu gün rəqabət həmişəkindən daha yüksəkdir.
İştirakçıların seçilməsi ilə məşğul olan ekspertlər etiraf edirlər ki, onlar həmişə ən yaxşıya üstünlük vermirdilər, lakin tədricən yüksək potensialı göstərən əlamətləri müəyyən etməyə nail olublar.
Layihənin əsas tapıntıları arasında "Ethereum" blokçeyn platformasının həmtəsisçisi Vitalik Buterin, qocalmanın qarşısının alınması sahəsində ən böyük vençur investor Laura Deminq, özünü idarə edən avtomobillər üçün sensor texnologiyaları hazırlayan "Luminar Technologies" şirkətinin rəhbəri Ostin Rassel var.
Piter Til ABŞ-ın aparıcı universitetlərinin verdiyi təhsilin keyfiyyətindən məyus olaraq bu riskli işə başladı. O, sübut etmək qərarına gəldi ki, hər kəs ali məktəbə ehtiyac duymur və onun məzunlarının uğurunu təmin etmir.
Till və onun həmkarları proqramın onlara bir neçə dərs verdiyini etiraf edirlər. Bir sıra iştirakçıların ideyalarının həyata keçirilməz olduğu ortaya çıxdı. Bəzi gənclər namizəd kimi çox inandırıcı, amma təəssüf ki, sahibkarlar kimi bacarıqsız oldu. Tək-tək dahilər də var idi: onların ideyaları gözəl idi, lakin bu ideyaların müəllifləri həmfikir insanları öz ətraflarına toplamaq üçün lazımi sosial bacarıqlara və kifayət qədər emosional zəkaya malik deyildi.
Bir müddət əvvəl Piter Til bu gün artıq inqilabi və lazımlı görünməyən layihəsini bağlamaq qərarına gəldi. Lakin sonda milyarder, əksinə, ona xüsusi diqqət yetirməyə başladı. Piter izah edir: ali təhsil fəal tənqidə məruz qalsa da, çox az adam ona gərək olmadığını söyləməyə cəsarət edir. Tilə görə, universitetlərdə işlər getdikcə pisləşir: tələbələr təhsil haqqını ödəmək üçün borca girirlər, meritokratiyadan əsər-əlamət yoxdur, hamı siyasi cəhətdən çox düzgündür. Belə bir bataqlığı islahat etməyə dəyməz. Biz gəncləri bundan xilas etməliyik, onları universitetə qəbul olmamağa və ya heç olmasa təhsillərini bitirməməyə inandırmalıyıq", – Til deyir.
Universitetlərə qarşı çıxsa da, Til alternativ təhsil sistemi təklif etmir. Ancaq aydındır ki, gənc iş adamlarına təkcə pul lazım deyil. Proqram iştirakçıları Tilin özündən mentorluq gözləyirlər, lakin o, onlarla nadir hallarda ünsiyyət qurur. Buna görə də, layihə iştirakçıları əsasən bir-birlərini məşq edir: bunun üçün onlar hər il təxminən 20 nəfərin əlavə olunduğu bir növ icma yaradıblar.
İştirakçılar özləri hesab edirlər ki, Piter Tilin proqramı hər kəs üçün uyğun deyil, çünki cəmiyyətin ehtiyac duyduğu bir çox peşə təhsil tələb edir. Təlim olmadan, məsələn, mühəndis və ya alim olmaq mümkün deyil. Nəticədə, təxminən hər dördüncü layihə iştirakçısı təhsilini bitirir və diplom alır. Piter gülümsəyir: "Birincisi, öz startapını işə salmaq təcrübəsi onlara təhsillərindən daha çox şey əldə etməyə imkan verir. İkincisi, 75% oxumağa davam etməyəcəyində qətiyyətlidiri: tələbələrin bu qismi əmindir ki, onlara diplom lazım deyil!". / banker.az

Maraqlı     Tarix: 02 aprel 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin