Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Məhdud Məsuliyyətli "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 952 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2024-cü ilin eyni dövrünü 882 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu ilin ilk yarısında "FINCA Azerbaijan"ın xalis mənfəəti 70 min manat daha çox olub. Bu artım faiz gəlirlərinin artmasından və ehtiyatdan qayıdan vəsait ilə əlaqədardır. İlk 6 ayda "FINCA Azerbaijan"ın faiz xərcləri kəkin artdığı üçün əməliyyat mənfəəti 2 dəfə azalıb. 
Marja.az xəbər verir ki, "FINCA Azerbaijan"ın faiz gəlirləri 2024-cü ilin ilk yarısında 9 milyon 632 min manat ikən, 2025-ci ilin ilk yarısında 10 milyon 349 min manat təşkil edib (717 min manat artıb). Təşkilatın qeyri-faiz gəlirləri isə 9 dəfədən çox artaraq 195 min manat olub.

2025-ci ilin ilk 6 ayında "FINCA Azerbaijan"ın cəmi əməliyyat gəlirləri 10 milyon 544 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 9 min manat, əməliyyat mənfəəti 535 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olmuş 482 min manatın hesabına "FINCA Azerbaijan"ın mənfəəti 1 milyon 17 min manata yüksəlib. Təşkilat mənfəətindən 60 min manat vergi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1-ci yarıında  "FINCA Azerbaijan"ın cəmi əməliyyat gəlirləri 9 milyon 654 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 596 min manat, əməliyyat mənfəəti 1 milyon 58 min manat təşkil etmişdi. Ötən ilin ilk 6 ayında kredit təşkilatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyata vəsait ayırmamışdı və ya ehtiyatdan vəsait qayıtmamışdı.  Daşınmaz əmlakın satışından mənfəət və mənfəət vergisi nəzərə alınmaqla Təşkilat ötən ilin ilk yarısını 882 min manat xalis mənfəət ilə bağlamşdı.
"FINCA Azerbaijan"ın 6 aylıq faiz xərcləri 1 milyon 105 min manat və ya 48% artaraq 2024-cü ilin 1-ci yarısındakı 2 milyon 278 min manatdan 2025-ci ilin 1-ci yarısında 3 milyon 383 min manata yüksəlib. Kredit təşkilatının cəmi əməliyyat gəlirlərinin 890 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 1 milyon 413 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımı üstələdiyi üçün "FINCA Azerbaijan"ın əməliyyat mənfəəti azalıb. 
2025-ci ilin yanvar-iyun dövründə "FINCA Azerbaijan"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 6 milyon 474 min manat və ya 10% artaraq 30 iyun 2025-ci il tarixində 70 milyon 394 min manata çatıb. 
Həmçinin oxu
"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır
Faiz xərclərinin artması FINCA AzerbaijanFaiz xərclərinin artması FINCA AzerbaijanFaiz xərclərinin artması FINCA AzerbaijanFaiz xərclərinin artması FINCA Azerbaijan

Banklar     Tarix: 03 sentyabr 2025

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq