"Sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalır"
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təşkilatçılığı ilə "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması imkanları" mövzusunda tədbir keçirilib.
Biznes.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qaldığını bildirib.
Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub:
"Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması" aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib".

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?