Sahibkarlığın İnkişafı Fondu Qarabağda 2 layihə üçün götürülmüş kreditlərə zəmanət verib
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu zəmanət və subsidiya mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan 2 layihə üçün götürülmüş kreditə zəmanət verib.
Bunu Fondun şöbə müdiri Rüstəm Əliyev bildirib.
Onun sözlərinə görə, zəmanətlər Şuşa şəhərində ictimai-iaşə fəaliyyəti üçün bankdan alınmış 800 min manat kreditə və Xankəndi şəhərində camaşırxana xidməti üzrə bankdan əldə edilmiş 350 min manat kreditə, hər birində 90% olmaqla verilib.
Şöbə müdiri qeyd edib ki, Fond artıq hər 2 layihə üzrə əldə edilmiş kreditlər üzrə illik faiz dərəcələrinin 10 faiz bəndi subsidiyalaşdırılmasına başlayıb. Ümumilikdə bu mexanizm çərçivəsində 500 milyon manat kreditə 450 milyon manat dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.
"Fond 2022-2024-cü illərdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 layihəsinin maliyyələşdirilməsinə 19.7 milyon manat güzəştli kredit ayırıb. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar fondun həm güzəştli kreditlərindən, həm də subsidiya və zəmanət ilə təmin edilmiş bank kreditlərindən yaralana bilərlər", – deyə R.Əliyev əlavə edib. / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?