"Salesforce" B. Britaniyaya $4 mlrd. sərmayə qoyur və Londonda öz AI mərkəzini açır
Amerikanın korporativ proqram təminatı və bulud infrastrukturu istehsalçısı "Salesforce" Londonda ilk süni intellekt (AI) mərkəzini açacaq və Böyük Britaniyaya 4 milyard dollar sərmayə qoyacaq. İnvestisiya proqramı beş ili əhatə edir və yerli süni intellekt mütəxəssisləri ilə işləməyi, yeni tərəfdaşlar tapmağı və "Salesforce" biznesi üçün süni intellekt texnologiyalarının hazırlanmasını nəzərdə tutur.
London AI Mərkəzi iyunun 18-də rəsmi olaraq açılacaq və həmçinin süni intellekt mütəxəssisləri üçün təlim və inkişaf fəaliyyətlərinə ev sahibliyi edəcək. "Salesforce" həmçinin AI startaplarına və bu cür startaplarla işləyən vençur fondlara sərmayə qoymaqda maraqlı olduğunu bildirib.
"Londonda ilk və qabaqcıl AI mərkəzimizi açmaqla biz müştərilərimizə və tərəfdaşlarımıza aydın siqnal göndəririk – bu texnologiyalar bizim üçün çox vacibdir və biz bu sahədə hər kəslə sıx əməkdaşlıq etmək niyyətindəyik", – deyə "Salesforce"nin Böyük Britaniya və İrlandiya rəhbəri Zəhra Bahrololumi bildirib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Freelance" nədir?