Səhmdarlar Müqaviləsi imzalanıb

Səhmdarlar Müqaviləsi imzalanıbİqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.

Biznes.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman Sultanlığı arasında münasibətlərin yüksək səviyyədə olduğu, 30 ildən artıq diplomatik əlaqələrə, güclü İslam həmrəyliyinə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb.İqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əməkdaşlıqda önəmi qeyd olunub.

Ticarət və investisiya əlaqələrinin inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanda yaradılmış investisiya imkanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarında sahibkarlarlığın inkişafı üçün tətbiq olunan güzəştlər barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizi regional ticarət və logistika mərkəzinə çevirib və bu isə Azərbaycan–Oman iqtisadi əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.

Görüşdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.

Səfər ərzində iqtisadiyyat naziri Mikayıl Cabbarov Omana işgüzar səfəri çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi görüşüb.

İki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və tərəfdaşlığın imkanları barəsində fikir mübadiləsi aparılıb.

Görüş daxilində Oman İnvestisiya Qurumu və Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasına ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək.

Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Bu məbləğin 100 milyon dolları Azərbaycan İnvestisiya Holdinqi, 100 milyon dolları isə Oman İnvestisiya Qurumu tərəfindən təmin ediləcəkdir.

Maliyyə     Tarix: 08 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti