Sentyabr ayı inflyasiyası 3,23 faiz olub

Sentyabr ayı inflyasiyası 3,23 faiz olubTürkiyədə sentyabr ayında aylıq inflyasiya 3,23 faiz, illik inflyasiya göstəricisini isə 33,29 faiz olaraq açıqlanıb.

Biznes.az xəbər verir ki, ötən ay illik inflyasiya 32,95 faiz idi. Məlumatları dəyərləndirən Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek, inflyasiyanın bazar gözləntilərinin üzərində reallaşmasında qida qiymətlərinin həlledici rol oynadığını bildirib:

"Mövsümi təsirlərin azalması və həyata keçirdiyimiz təklif yönümlü siyasətlər sayəsində proqramımızın prioriteti olan deinflyasiyanın davamlılığını təmin edəcəyik".

Sentyabr ayında illik əsasda da artım müşahidə olunub. Sentyabrda istehsalçı qiymətlərinə baxıldıqda, aylıq əsasda 2,52 faiz, illik əsasda isə 26,59 faiz artım qeydə alınıb.

Sentyabr ayında məktəblərin açılması ilə təhsil xərclərinin artması inflyasiya göstəricilərinə də mövsümi təsir kimi əks olunub. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, əsas xərclər qrupları üzrə sentyabr ayında ən yüksək artım 17,90 faizlə təhsil qrupunda qeydə alınıb. Təhsilin inflyasiyaya təsiri 0,48 faiz olub. Ən yüksək paya malik üç əsas xərclər qrupunun aylıq dəyişikliklərinə baxıldıqda isə aşağıdakı mənzərə ortaya çıxıb:

Qida və spirtsiz içkilərdə inflyasiya 4,62 faiz, nəqliyyatda 2,81 faiz, yaşayış sektorunda isə 2,56 faiz artım göstərib.
Müvafiq əsas qrupların aylıq dəyişikliklərə təsiri isə belə olub:

qida və spirtsiz içkilərdə 1,11 faiz,

nəqliyyatda 0,44 faiz

yaşayış sektorunda 0,44 faiz.

Prezidentin köməkçisi Cevdət Yılmaz da sosial media hesabından sentyabr ayı inflyasiya göstəricilərini dəyərləndirib. C.Yılmaz bildirib ki, sentyabr ayında inflyasiya 3,23 faizlə gözləntilərin üzərində reallaşıb. O, bu inkişafda xüsusilə qida, təhsil və nəqliyyat xərclərindəki qiymət artımlarının təsirli olduğunu vurğulayıb:

"Sentyabr ayına xas inkişafların təsiri ilə illik inflyasiya müvəqqəti olaraq yüksəlsə də, həyata keçirdiyimiz iqtisadi proqram çərçivəsində inflyasiyaya qarşı mübarizəmiz qətiyyətlə davam edir. Bu baxımdan Orta Müddətli Proqramın əsas çərçivəsindən və istiqamətindən hər hansı bir sapma gözləmirik. İnflyasiyaya qarşı mübarizəyə yönəlmiş pul və maliyyə siyasətləri ilə struktur islahatlardan ibarət olan bütöv proqramımızı qətiyyətli və koordinasiyalı şəkildə tətbiq etməyə davam edəcəyik".

Maliyyə     Tarix: 04 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti