SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq
Son üç ildə Azərbaycanda verilən güzəştli kreditlər üzrə 432 halda tam və qismən təyinatdan kənarlaşma olub.
Bunu müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib.
O, bildirib ki, bu hallar üzrə 45,4 milyon manat vəsait geri qaytarılıb.
"Vəsaitlərin təyinatı üzrə istifadə edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparırıq. Çünki təyinatdan kənarlaşmalar həm gələcəkdə statistik məlumatların düzgün formalaşmamasına, həm də potensial olaraq portfelimizdə azalmalara səbəb olur. Verilən güzəştli kreditlərlə bağlı tam və qismən təyinatdan kənarlaşma və ya təyinatı üzrə istifadə etməmə halları olur. Bu zaman sahibkarlıq subyektinin bank tərəfindən Fonda təqdim edilən ilkin məlumatlarına baxırıq. Həmin məlumatlarda ayrılan kreditlər hesabına konkret olaraq hansı işlərin görülməsinin nəzərdə tutulduğunu müəyyən edirik. Nəzərdə tutulan işlər tam və ya qismən icra edilmədikdə bizim həmin vəsaitin təyinatı üzrə istifadə edilməyən hissəsini müvəkkil təşkilatdan geri tələb etmək hüququmuz var", – deyə O. Xalıyev əlavə edib. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?