Sığorta sektorunun mənfəətliliyi azalıb, zərərlilik dərəcəsi artıb
Sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi ötən illə müqayisədə azalmışdır. 2023-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna sığorta sektorunun xalis mənfəəti 5% (9 mln.manat) azalaraq 173 mln. manat olmuşdur. Qaytarılan sığorta haqlarının və işlərin aparılması xərcləri fonunda həyat sığorta şirkətləri üzrə mənfəətlilik 1 mln. manat azalaraq 80 mln.manat, qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 8 mln. manat azalaraq 93 mln.manat olmuşdur.
Marja.az xəbər verir ki, b Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, sığorta sektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artmışdır. 2024-cü ildə ötən ilin sonuna nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artaraq 85% olmuşdur. Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir etmişdir.
Bazar payı yüksək olan sığorta sinifləri üzrə zərərlilik dərəcəsi yüksəkdir. 2023- cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zərər əmsalı 1 faiz bəndi artsa da, zərərlilik dərəcəsi artmayaraq 103% olmuşdur.
Avtonəqliyyat vasitətələrinin sığortası sinfi üzrə zərər əmsalı 1 faiz bəndi, zərərlilik dərəcəsi isə 7 faiz bəndi artmışdır. Zərərlilik dərəcəsinin artmasına xərc əmsalının 6 faiz bəndi artması səbəb olmuşdur.
Könüllü tibbi sığorta sinfi üzrə isə zərər əmsalı 7 faiz bəndi artsa da, zərərlilik dərəcəsi artmayaraq 106% olmuşdur.
Qeyd edilib ki, sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələməklə komfort zonadadır. 2024 -cü ilin sonunda sığorta sektorunun məcmu kapitalı ötən ilin sonuna nisbətdə 2% (8 mln.manat) azalaraq 380 mln.manat, tələb olunan kapital 6% (13 mln. manat) azalaraq 198 mln. manat, kapital buferi isə 3% artaraq (6 mln. manat) 181 mln. manat olmuşdur






"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?